GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də aktualdır

Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də aktualdır

Tarix: 2-04-2016, 02:09 Bölmə :Ölkə Baxış: 0
Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də aktualdır

Bu gün Yasamal rayon məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə AzTV-nin rəhbəri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb. Prosesdə Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə iştirak edib. Lakin xüsusi ittiham qaydasında məhkəməyə şikayət verən A. Alışanov məhkəmədə şəxsən iştirak etmədiyinə görə, qarşı tərəf vəsatət qaldırıb və məhkəmə vəsatəti təmin edib. Məhkəmə 1 həftə sonraya təyin edilib və qərar verilib ki, xüsusi ittiham qaydasına şikayət verən şəxs Arif Alışanovun iştirakı məhkəmədə təmin edilsin.

Məhkəmədən sonra fikirlərini “Yeni Müsavat”la bölüşən Qulu Məhərrəmli bildirib ki, ona qarşı irəli sürülən iddianın qəbul edilməsi ədalətsizdir: “Hakim Azər Tağıyevin məhkəməni aparmaq tərzi, yaratdığı ab-hava xoşa gələn idi. Lakin ümumiyyətlə mənə qarşı irəli sürülən və heç bir əsası olmayan iddianın rədd olunmaması məni narahat etdi. Məhkəmə bu işə ümumiyyətlə baxmamalı idi, iddianı rədd etməli idi. Çünki bu işdə heç bir cinayət tərkibi yoxdur. Mənim də, vəkillərimizin də, ölkənin aparıcı hüquqşünaslarının da qənaəti budur ki, AzTV sədrinin hər iki məhkəmə iddiası əsassızdır. Şəxsi düşüncəm budur ki, A.Alışanov qanuna, ədalətə deyil, vəzifəsinin verdiyi imkanlara güvənir”.

Məsələyə münasibət bildirən media hüququ eksperti Ələsgər Məmmədli də diffamasiya məsələsinin artıq ifadə azadlığı qarşısında əngələ çevrildiyini vurğuladı: “Azərbaycanda yeni bir tendensiya və təhlükə yaranır. 2010-cu ildən sonra prezident dəfələrlə demişdi ki, diffamasiya haqqında qanun qəbul olunana qədər bu tipli iddialara məhkəmələrdə baxılmayacaq, məhkəmələr diffamasiyaya görə jurnalistləri məhkum etməyəcək. Amma bir hörmətli professorun ictimai əhəmiyyət daşıyan bir məsələyə münasibətini bilavasitə diffamasiya kimi görüb, məhkəməyə müraciət ediblər. Məhkəmədə də ərizənin qəbul olunub, müzakirəyə çıxarılması öz-özlüyündə diffamasiya məsələsinin ciddi şəkildə, həm jurnalist azadlığına, həm də ifadə azadlığına təhdid yaratdığını göstərir. Bu aspektdən mən düşünürəm ki, proses belə davam edərsə, hörmətli professor Qulu Məhərrəmlinin həbs təhlükəsi də aktuallığını qoruyub saxlayacaq. Bu barədə konkret rəsmi mövqe bildirilməsə, diffamasiya məsələsinin cinayət məcəlləsindən çıxarılmasını məsələsi həll edilməsə bu həm də ölkənin imici üçün böyük təhlükə olacaq”.


Hüquqşünasın sözlərinə görə, əgər bu məsələdə beynəlxalq məhkəməyə müraciət olunsa, birmənalı şəkildə Azərbaycanın əleyhinə qərar verilə bilər: “2007-ci və 2010-cu ildə diffamasiya ilə bağlı Azərbaycana qarşı iki məhkəmə keçirilib və hər iki məhkəmənin qətnaməsində göstərilib ki, diffamasiyanın cinayət əməli kimi sayılması özlüyündə ifadə azadlığının pozuntusudur. Yəni, Cinayət Məcəlləsində 147-148-ci maddələrin mövcudluğu belə kifayət edir ki, gələcəkdə Azərbaycan beynəlxalq məhkəmədə məhkum olunsun.
Çox təəssüf ki, 2011-ci ildə Milli Fəaliyyət Proqramına diffamasiya haqqında qanun salınsa da, 2012-ci ilin sonuna qədər bu qanun müzakirədən çıxarıldı və unuduldu.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə qeyd edib ki,
bu cinayət işi məsələsi deyil: “Bu ilk növbədə araşdırma predmeti olmalıdır, ekspertiza keçirilməlidir. Məhkəmə ekspertizanın rəyi əsasında qərar çıxarmalıdır. Ekspertiza rəyini isə müstəqil ekspertlər verməlidir. AzTV televiziya haqqında qanunu kobud şəkildə pozan bir kanaldır. Arif Alışanovun haqqı yoxdur ki, Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiası qaldırsın”.

Sonda qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu körpələr evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. A.Alışanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Nərgiz LİFTİYEVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qulu Məhərrəmliyə qarşı məhkəmə işi üzrə icraat dayandırılıb

    Qulu Məhərrəmliyə qarşı məhkəmə işi üzrə icraat ...

    25-04-2016, 20:41

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • "Qulunu sayıram, Arif Alışanovu isə…"

    "Qulunu sayıram, Arif Alışanovu isə…" ...

    10-03-2016, 14:28

  • 
  • ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını tərk etmək qadağan olundu

    ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını ...

    4-07-2018, 19:46

  • 
  • Məktəb direktoru jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə verib

    Məktəb direktoru jurnalisti xüsusi ittiham ...

    18-03-2024, 23:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu