GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türkanlı nənələrin “vəkili” məhkəmə zalından azadlığa buraxıldı – AÇIQLAMA

Türkanlı nənələrin “vəkili” məhkəmə zalından azadlığa buraxıldı – AÇIQLAMA

Tarix: 20-12-2022, 13:32 Bölmə :Cəmiyyət Baxış: 227

Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynli Türkan qəsəbə sakini, 3 uşaq atası Natiq Məhəmmədsoyun cinayət işi üzrə hökm çıxarıb.


Turantv.AZ bildirir ki, Natiq Məhəmmədsoyun vəkili Cavad Cavadlı məlumatı “Yeni Müsavat”a təsdiqləyib. Vəkil bildirib ki, hakim 1 ildən artıq məhkəmə istintaqı aparandan sonra Natiq Məhəmmədsoyun ittihamlar üzrə günahsız olması qənaətinə gəlib: “Məhkəmənin 1 ildən artıq davam etməsinin obyektiv səbəbləri var. Hakim Hüseyn Hüseynli bu müddət ərzində çox diqqətlə, səbrlə məhkəməyə təqdim etdiyimiz hər bir detalı araşdırdı. Natiq Məhəmmədsoyun saxlanılması ilə bağlı ittihamları darmadağın edən bir çox qaranlıq məqamlar vardı. Həmin məqamlarla bağlı araşdırma aparmışdıq, videomateriallar əldə etmişdik. Həmin videolar və digər dəlil-sübutlar da təsdiq edirdi ki, Natiq Məhəmmədsoy ittihamda göstərilən vaxtda tamamilə başqa bir yerdə olub. Vəsatətlər verib “Təhlükəsiz Şəhər” kameralarından çıxarışların götürülməsi, anten məlumatlarının alınması, ekspertiza təyin olunması, əlavə şahidlərin dindirilməsini xahiş etmişdik. Hakim Hüseyn Hüseynliyə təşəkkür edirik ki, obyektiv və qərəzsiz mövqe sərgilədi, günahsız bir Azərbaycan vətəndaşının, 3 övlad atasının barəsində ədalətli hökm çıxardı. Hakim Hüseyn Hüseynlinin çıxardığı bəraət hökmü vətəndaşlarda məhkəmələrə inamı artırır. Azərbyacan məhkəmələrində belə ədalətli və obyektiv hökmlərin çıxarılması bu baxımdan olduqca vacib və önəmlidir”.

Qeyd edək ki, 55 yaşlı Natiq Məhəmmədsoy 1 il 9 ay əvvəl, 2020-ci il martın 5-də saxlanıb, Xəzər rayon Polis İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov onun barəsində həbs qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib. Bir gün sonra təqdimata baxan Xəzər rayon Məhkəməsinin hakimi Zaur Tağıyev onu təmin etməyib. Hakim Natiq Məmmədsoyun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib. Həmin gün Natiq Məmmədsoy məhkəmə zalından azad edilib. Baş Prokurorluq bu qərarın ləğvi üçün apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi protesti təmin etmişdi. Natiq Məhəmmədsoy torpaqları zəbt olunan Türkan qəsəbə sakinləri Əzizəxanım Atayeva və Xumar Şabanovaya vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək etmişdi. Həbsindən əvvəl Natiq Məhəmmədsoy Baş Prokurorluğa gedərək bildirmişdi ki, 2 ahıl yaşda olan qadına köməklik etdiyinə görə ondan qisas alırlar. Natiq Məhəmmədsoy məhkəməsində də dəfələrlə bildirib ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilərək, mülkiyyətlərindəki torpaq sahələri zəbt olunmuş 81yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb. Natiq Məhəmmədsoy Türkan sakinlərinə vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə onlara yardım etmişdi.


Gundemxeber.az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azad Həsənov məhkəmə zalından azadlığa buraxıldı

    Azad Həsənov məhkəmə zalından azadlığa buraxıldı ...

    5-08-2019, 14:31

  • 
  • Azərbaycanda 91 yaşlı qadın aclıq aksiyası keçirir

    Azərbaycanda 91 yaşlı qadın aclıq aksiyası keçirir ...

    15-04-2021, 11:49

  • 
  • Türkanda torpaq mafiyasını ifşa edən şəxsin həbsinin təfərrüatları – Anası nazirə müraciət etdi

    Türkanda torpaq mafiyasını ifşa edən şəxsin ...

    18-03-2021, 15:28

  • 
  • Natiq Məmmədli “Kaspi”dən getdi

    Natiq Məmmədli “Kaspi”dən getdi ...

    6-02-2015, 22:31

  • 
  • “Axtarışda olan adam Türkanda torpaq alıb satır, hər kəsə meydan oxuyur” - İDDİA

    “Axtarışda olan adam Türkanda torpaq alıb satır, ...

    20-05-2021, 11:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (452)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu