Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov dekabrın 18-də açıqlamasında həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığını bildirib. O əlavə edib ki, B. Hacıyev dekabrın 18-də rəsmi olaraq müraciət eləyib və aclığı dayandırıb. B. Hacıyevin vəkili Aqil Layıc isə ötən gün sosial şəbəkə hesabında açıqlama yayaraq bu məlumatı təkzib edib. Tərəflərin verdiyi ziddiyyətli açıqlamalar ictimaiyyətdə də çaşqınlıq yaradıb.
Gundemxeber.az bildirir ki, yeniavaz.com çaşqınlığın aradan qaldırılması məqsədilə B. Hacıyevin aclığı dayandırmaqla bağlı müraciət etdiyi sənədin surətinin əldə edilməsi üçün Penitensiar Xidmətə müraciət edib. Xidmətdən müraciətimizə cavab olaraq bildirilib ki, ictimai fəalın aclığı dayandırmasını əks etdirən müraciətinin surəti rəsmi sənəddir: “Həmin sənədin yayılması Penitensiar Xidmətin səlahiyyətləri çərçivəsində deyil”. Qeyd edək ki, “İctimai Siyasət İnstitutu”nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib. Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?