GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələb edilir

Bakıda Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələb edilir

Tarix: 23-12-2022, 17:43 Bölmə :Cəmiyyət Baxış: 290


Dekabrın 23-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının çağırışı ilə çoxsaylı fəallar Bakıda Fəvvarələr meydanında insam hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirməyə cəhd edib.

Amerikanın Səsinin müxbirinin aksiya yerindən verdiyi məlumata görə, fəallar "Bəxtiyara azadlıq!", "Öldürmə, azad et!", "Siyasi repressiyalara son!" və başqa şüarlar səsləndirib.

Polis fəalların qarşısını kəsib, onlarla aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlar arasında “Müdafiə Xətti" hüquq müdafiə təşkilatınin təmsilçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi, Demokratiya və Rifaf Partiyalarının (ADP), D18 Hərəkatının, digər ictimai-siyasi təşkilatların üzvləri, eləcə də çoxsaylı ictimai fəallar var.

Aksiyanı işiqlandıran Amerikanın Səsinin müxbiri Türkan Bəşir də polis tərəfindən saxlanılıb və sonra sərbəst buraxılıb.

Bakıda Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiyaya cəhd edilib. (mərkəzdə Milli Şuranın funksioneri)

Bakıda Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiyaya cəhd edilib. (mərkəzdə Milli Şuranın funksioneri)

Etiraz aksiyası ərəfəsində də aksiyanın potensial iştirakçıları saxlanılıb.

Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Xalq Cəbhəsi Partiyasının Xətai rayon təşkilatının sədri Faiq Nağıyev saxlanılıb. Bundan başqa saxlanılanlar arasında "D18-Demokratiya 1918 Hərəkatı" üzvləri Afiəddin Məmmədov və Samir Soltanov olduğunu da bildirib.

Bundan əlavə Hacıyevin şikayətinə baxılan Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında müstəqil jurnalist Emil Maniyev saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyindən şərh almaq hələ mümkün olmayıb.

Aksiyadan əvvəl “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı etiraz aksiyasının dekabrın 23-də Bakının Fəvvarələr Meydanında keçiriləcəyini bildirib.

Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, aksiya ölkədə total insan hüquqlarının pozulması ilə bağlıdır.

Bakı şəhər İcra Hakimiyyəti aksiyasının keçirilməsini məqsədəuyğun hesab etməsə də, "Müdafiə Xətti" etiraz aksiyasının keçiriləcəyini bəyan edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirib ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 9 gündür aksiyanı davam etdirir.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Siyasi məhbuslara azadlıq!", "İşgəncələrə son!" tələbi ilə aksiya keçirilib

    "Siyasi məhbuslara azadlıq!", ...

    11-04-2019, 19:39

  • 
  • Bakıda İsrail səfirliyi qarşısında aksiya – Saxlanılanlar var VİDEO/FOTO

    Bakıda İsrail səfirliyi qarşısında aksiya – ...

    8-06-2018, 21:41

  • 
  • Aksiya keçirən AXCP üzvləri saxlanılıb

    Aksiya keçirən AXCP üzvləri saxlanılıb ...

    21-08-2018, 11:27

  • 
  • “Əsgər ölümlərinə son” aksiyasında kütləvi həbslər

    “Əsgər ölümlərinə son” aksiyasında kütləvi həbslər ...

    11-03-2013, 09:58

  • 
  • Amerikanın Səsinin müxbiri aksiya zamanı polis təzyiqi ilə üzləşib

    Amerikanın Səsinin müxbiri aksiya zamanı polis ...

    23-09-2019, 16:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu