Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib.
Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar. gundemxeber.az xəbər verir ki, aksiyanı dağıdarkən aksiyadan reportaj hazırlayan Teref.info-nun müxbiri Aslan Quliyev saxlanılıb. Müxbirimiz bir qədər sərbəst sonra buraxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?