İstənilən ölkədə, Hotel hostelə rast gəlmək olur. Bir ölkənin inkişafını istəyirsənsə xarici qonaqları qarşılamaq üçün bu cür şəraitlərin olması normaldır, amma təbii ki, sözügedən məkanlara istənilən qonağı qəbul edərkən onun şəxsiyyətini təsdiq edən sənədlərinə diqqət yetirmək vacibdir.
Ölkəmizdə günü-gündən inkişaf edən hotel hostel, şəraitləri qiymətləri heçdə digər ölkələrdən geri qalmır.
Amma çox təəssüflər olsun ki, bu işdən sui stfadə edərək ölkəmizə xələl gətirən şəhər mərkəzindən kənarda gizlənib ölkə nüfuzuna xələl gətirən “Darvaza hotel” adı altında əxlaqsızlıq yuvası kimi faliyyət göstərənlərdə var. Redaksiyamıza məlumat verən adının çəkilməsini istəməyən valdeyinlərdən biri bildirir ki, onun övladı və bacısının 13 yaşlı qızı 28.12.2022 ci il tarixində təxminən saat 17:00-18:00 radələrində yaşadıqları ünvandan yoxa çıxıb.
Ailəsi saatlarla axtarış aparsalar da onları tapmaq mümkün olmayıb. Gecə saatlarında 102 xidmətinə müraciət edən valideyinlər, müraciətləri qeydə alındıqdan bir neçə saat sonra Azərbaycan polisinin peşəkar operativ əməliyyat qrupu uşaqları 29.12.2022 cu il tarixində təxminən saat 12:00 radələrində taparaq idarəyə gətiriblər.
Sözügedən azyaşlılar hüquq-muhafizə orqanları tərəfindən dindirildikdən sonra məlum olub ki, onlar evdən çıxarkən iki nəfər 20-21 yaşlı oğlanlar tərəfindən məcburi qaydada hətta zorakılıq və təhdid altında Abşeron rayon Xırdalan qəsəbəsi Şah Abbas adlanan ərazidə “darvaza hotel” adı altında faliyyət göstərən əslində isə əxlaqsızlıq yuvası olan "Darvaza hotel”ə aparıblar.
Hotel adı altında fəaliyyət göstərən məkanda təxminən 15 saata yaxın qalıblar. Sözügedən şəxslərlə hotelə daxil olan azyaşlı xanımların sənədi yoxlanılmayıb, onlara sərbəst şəkildə otaq verilib. Təbii ki, onların sözü gedən bu məkanda saatlarla qalması onların azyaşlı yaşında bəlkə də üzərlərinə qara bir xətt çəkir.
Günahkarlar isə bu cür məkanları kimlərinsə himayədarlığı altında işlətməsi ilə əldə etdiyi qazancla qız övladlarını bədbəxt edir. Görəsən günü-gündən inkişaf edən ölkəmizdə azyaşlıların sənədlərinin yoxlamadan hotelə buraxmaq və xoşagəlməz halların “davamlı inkişafının” arxasında hansı qüvvələr dayanır?
Bu şəxslərə, bu cür səlahiyyəti kimlər verib? Çox guman ki, burada həqiqətlər hüquq-muhafizə orqanlarının ədalətli araşdırmasından sonra bəlli olacaq.
Redaksiyamıza müraciət edən azyaşlıların valdeyinləri bildiriblər ki, baş vermiş xoşagəlməz hadisə ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Azyaşlı qızların üzərində müəyyən ekspertiza aparılaraq, hansısa bir zorakılıq əməllərinin olması hüquq-muhafizə orqanları tərəfindən operativ araşdırmalardan sonra bilinəcək.
Hesab edirik ki, hüquq-mühavizə orqanları qeyri-qanuni fəaliyyət göstərən axlaqsız yuvalarının fəaliyyətini tez bir zamanda dayandırılmasına müvəffəq olacaq. /azərbaycan reallığı/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?