GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yaponiya 1-ci, Azərbaycan 76-cı yerdə…

Yaponiya 1-ci, Azərbaycan 76-cı yerdə…

Tarix: 12-01-2023, 16:23 Bölmə :Cəmiyyət Baxış: 254

İsveçrə şirkəti Azərbaycan pasportunun cəlbediciliyini ölçüb. “Henley&Partners” şirkətinin reytinqinə əsasən, 2023-cü ildə Azərbaycan pasportu cəlbediciliyinə görə dünyada 76-cı yerdə qərarlaşıb. Bir il əvvəl o, həmin reytinqdə 78-ci yerdə olub. “Henley&Partners” şirkətinin reytinqinin əsasında “sərbəst hərəkət etmə” indeksi durur. Bu indeks ölkənin vətəndaşının neçə ölkəyə vizasız gedə bilməsindən və digər faktorlardan götürülür.

Post-sovet ölkələri, Afrika,…

Reytinqin 1-ci yerində Yaponiya qərarlaşıb. Onun vətəndaşları əksər dünya (200-ə yaxın) ölkələrinə vizasız gedə bilirlər. Azərbaycan vətəndaşları isə dünyanın 70 ölkəsinə vizasız səfər edə bilir. Onların çoxu post-sovet ölkələri, Afrika, Asiya, Cənubi Amerika və Avropa İttifaqına daxil olmayan Avropa dövlətləridirVizasız rejim tətbiq olunmayan ölkələrdən Azərbaycana e-viza almaq olur. e-vizanı 80 ölkənin vətəndaşı ala bilər. Xaricilər və vətəndaşlığı olmayan şəxslər e-viza üçün Azərbaycan Respublikasının ərazisinə gəlməzdən ən azı 3 iş günü (standart e-viza) və ya 3 saat (təcili e-viza) əvvəl müraciət etməlidirlər. Bundan ötrü onlar sənədlərin skan sürətini portala daxil etməli və rüsum ödəməlidirlər. e-viza siyahısına daxil olmayan ölkələrin vətəndaşları yalnız Azərbaycan səfirliyi vasitəsilə viza ala bilərlər.

“Çox istərdim ki, Azərbaycan da Gürcüstan kimi…”

Dizayner Vəli Şükürov deyir ki, ötən il Macarıstana və Fransaya getmək istəyib, amma Şengen vizası ilə bağlı müraciətinə müvafiq səfirliklərdən imtina cavabı alıb. O, AzadlıqRadiosuna bildirib ki, koronavirus pandemiyasından (2020) əvvəl bir neçə dəfə Şengen vizasını problemsiz alıb: “Bu dəfə də yoldaşımla turistik məqsədilə səfər etmək istəyirdik. İkimizin də yaxşı gəlirli rəsmi işimiz var, sənədlər da qaydasında, amma buna baxmayaraq bizə bir səbəb göstərmədən viza müraciətimizə imtina verdilər”.

Hələlik, bu deyilənlərə sözügedən səfirliklərdən münasibət almaq mümkün olmayıb. V.Şükürov sonra da deyib: “Çox istərdim ki, Azərbaycan da Gürcüstan kimi vizasız gediş-gəliş üçün müqavilə imzalasın. Yoxsa inkişaf etmiş ölkələrə çıxışımız mümkün deyil”.

“Hətta reytinqlərin subyektivliyi faktoru olsa belə…”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə “Turan”a deyib ki, istənilən reytinq nisbidir: “Məsələn, Azərbaycan Silahlı Qüvvələri tarixi qələbəyə imza atmamışdan əvvəl ölkələrin hərbi gücünü müəyyənləşdirən “Global Power” indeksində 50-yə daxil idi. Amma indi yeni reytinq müəyyən ediblər, Azərbaycan orada 57-ci yerdə göstərilir. Tarixi qələbəyə imza atan, torpaqları geri qaytaran, ən müasir silahlarla silahlanmış ordunu 57-ci yerə keçiriblər. Ona görə də istənilən reytinqləri Quran ayəsi kimi qəbul etmək olmaz”.

Deputat qeyd edib ki, Azərbaycan vətəndaşları vizasız 70 ölkəyə gedib-gələ bilir: “Reytinqdə də təxminən 200 ölkə var. Nəzərə alsaq ki, həmin ölkələr arasında Avropa İttifaqı ölkələri, ABŞ, Asiyanın nəhəngləri var, hətta reytinqlərin subyektivliyi faktoru olsa belə, Azərbaycan üçün 76-cı yerin ayrılması yaxşı nəticədir”.

“Elə bilirsiz, hər gələn-gedən xoş niyyətlə gəlir?”

E.Nəsirov hesab edir ki, vizasız rejim məsələsində təhlükəsizlik da önəmli rol oynayır: “Elə bilirsiz, hər gələn-gedən xoş niyyətlə gəlir? Bunu düşünmək sadəlövhlük olardı”.

Onun fikrincə, Azərbaycan bu məsələdə ardıcıl və sistemli iş görür: “Biz nə çox qabağa getmək istəyirik, nə də geridə qalmaq. Biz orta qızıl xətt prinsipini qoruyub saxayırıq, viza rejiminin ləğvinin Azərbaycana xeyri, ziyanı və digər məsələlərin hamısı nəzərdən keçirilir. Hər halda, iki pillə Azərbaycan reytinqdə yüksəldilib”.

“Turist adı ilə gəlib siyasi sığınacaq istəməsinlər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, reytinqdə birinci yeri tutan Yaponiya inkişaf etmiş ölkədir və onun vətəndaşları başqa ölkələrə gedəndə sığınacaq istəmirlər: “Amma Azərbaycan haqqında bunu demək olmaz. Son illər Azərbaycandan müxtəlif Qərb ölkələrinə köç olmuşdu. Ona görə də Azərbaycan və digər postsovet ölkələri ilə viza rejimi tətbiq olunur ki, turist adı ilə gəlib siyasi sığınacaq istəməsinlər. Bu, Qərb ölkələrini qorxudur”.

Onun sözlərinə görə, burada başqa amillərin da rolu var: “Azərbaycan tərəfi görəndə ki, Qərb ölkələri Azərbaycan vətəndaşlarına viza tətbiq edir, qərar verib ki, eynilə bu ölkələrin vətəndaşlarına viza tətbiq olunsun”.

Amma E.Şahinoğlu hesab edir ki, qarşılıqlı viza anlayışı yanlışdır: “Çünki Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, giriş icazəsi həll olunmalıdır. Digər tərəfdən, başqa məsələ də həll olunmayıb – quru sərhədlərimiz bağlıdır. Bu özü də prosesə təsir edir”.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin əvvəlindən Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Yoluxma sayında kəskin azalma olsa da, hökumət, hələlik, həmin məhdudiyyəti götürməyib.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilir

    Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə ...

    3-07-2019, 14:08

  • 
  • Aİ vətəndaşları Britaniyaya vizasız gedə bilməyəcək

    Aİ vətəndaşları Britaniyaya vizasız gedə ...

    31-07-2017, 17:05

  • 
  • Özbəkistan 27 ölkəyə qarşı viza rejimini ləğv edir

    Özbəkistan 27 ölkəyə qarşı viza rejimini ləğv edir ...

    6-12-2016, 23:53

  • 
  • Gürcülər Avropaya vizasız gedə biləcək

    Gürcülər Avropaya vizasız gedə biləcək ...

    2-02-2017, 20:50

  • 
  • İran Çin vətəndaşları üçün vizasız rejim tətbiq etdi

    İran Çin vətəndaşları üçün vizasız rejim tətbiq ...

    31-07-2019, 11:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu