Gundemxeber.az » Ölkə » Cəmiyyət » “VEYSƏLOĞLU” ŞİRKƏTİNİN KEÇMİŞ İŞÇİSİ RƏHBƏRLİYİ İTTİHAM EDİR - “Mənim məlumatım və razılığım olmadan vəzifəmi dəyişiblər”
GUNDEMXEBER.AZ bildirir ki, Göyçay rayon sakini Yusifov Coşqun Eyvaz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Veysəloğlu” şirkəti onu haqsız yerə işdən uzaqlaşdırıb:
“Mən, Yusifov Coşqun Eyvaz oğlu, 2010-2021-ci illərdə “Veysəloğlu” MMC-də işləmişəm. Üzləşdiyim haqsızlıqları və qanunsuzluqları işlədiyim vaxtlarda dilə gətirdiyim ücün 06.01.2021-ci il tarixdə “ixtisar” adı altında işdən kənarlaşdırıldım. Əmək kitabçamı alarkən məlum oldu ki, ixtisardan əvvəl 12.05.2020-ci ildə məlumatım və razılığım olmadan vəzifəmi dəyişiblər(aşağı salınıb).
Bununla bağlı “Veysəloğlu” MMC-nin rəhbərlərinə və təsisçisi Aydın Talıbova dəfələrlə yazılı müraciət etsəm də, hec bir açıqlama vermir, razılıq ərizəsinin surətini və yeni müqavilənin surətini təqdim etməkdən yayınırlar. Cünki sənədlər saxtalaşdırılıb”.
Qeyd edək ki, məlum iddialarla bağlı “Veysəloğlu” şirkəti ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı.
Redaksiyadan: Qarşı tərəfin mövqeyinio dərc etməyə hazırıq.
Gundemxeber.az
29-02-2020, 14:59
12-05-2021, 11:16
1-11-2018, 10:00
21-05-2021, 10:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?