“Gündəm Xəbər” qəzetinin 5-6 dekabr 2016-cı il tarixli sayının 5-ci səhifəsində “Veysəloğlu” şirkətinin ölkədə süni qiymət artımına yol verməsi və bunun nəticəsi olaraq əhalinin “cibinə girməsi” yöndə müəyyən açıqlama dərc etmişdik.
Düzdür, açıqlamanın dərci dəqiq jurnalist araşdırmalarının nəticəsi əsasında deyil, müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar, ayrı-ayrı şəxslərin etdikləri giley-güzarlar və s. əsasında hazırlanaraq dərc olunmuşdu. Amma, ötən müddət ərzində tərəfimizdən müəyyən müşahidələr apardıq, bəzi reallıqları araşdırmağa başladıq, o halda bəlli oldu ki, “Veysəloğlu” şirkəti ilə bağlı verilən məlumatlar əsasında dərc etdiklərimiz heç də həqiqəti ifadə etmir. Belə bir səbəblər üzündən də, oxucularımızdan və qarşı tərəf olan “Veysəloğlu” şirkətindən üzrxahlıq etməyi özümüz üçün borc bildik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?