Gundemxeber.az » Ölkə » Cəmiyyət » İlham Əliyev sizə necə, hansı yolla müraciət edək ki, vətəndaşlardan xəbəriniz olsun? -ŞİKAYƏT
Hörmətli İlham müəllim!
MEDİA-nın rəhbəri Əhməd İsmayılov bunu “qəbul” etməsə də, çoxundan dövlətə və sizə lazımlı jurnalistəm. Dövlət arxivindən çıxara bilərlər ki,” Araz Media” qəzeti və xəbər portalı necə materiallar dərc edib və necə xidmət edib dövlətə.
Bəyənmədiyimiz SSRİ dönəmində, 15 respublikanın istənilən bir ucqar nöqtəsindən, rəhbərliyi həyata keçirən Moskvaya şikayət edəndə, komissiya yaradaraq, həmin ucqar (kəndə və sairə) yerə göndərirdilər ki, yerində şikayəti araşdırsınlar və həll etsinlər!
Necə olur ki, sizə bu qədər, bu illər ərzində yazıram, lakin reaksiya yoxdur. Təbii ki, mən sizin şəxsən mənimlə maraqlanmağınızı istəmirəm. Əsla. Çünki, siz təksiniz, biz vətəndaşlar isə çox. Sizin n qədər probleminiz var.Amma bu işlərlə məşğul olan, xeyli işçiləriniz, köməkçiləriniz var axı. Bir vaxtlar eks köməkçiniz Əli Həsənov mənə düşmənlik edirdi. Bunu hər kəs bilirdi. Bəs indi bu “missiyanı” kim həyata keçirir?
Hər halda da, işçiləriniz sizə məlumat verə bilərlər ki, məsələn bir vətəndaş, bir jurnalist belə bir şikayət, belə bir tələb edir…
Görəsən nə demək istəyir İlham Əliyevə?
İlham müəllim, necə edək ki, səsimiz məhz sizə çatsın?!.
Daha kimə yazaq, hansı dövlətin başçısına deyək ki, sizə məlumat versin ki, problemimizlə maraqlanasınız?
“Araz Media” Alyansının rəhbəri, Jurnalist Fariz Quliyev.
7-03-2019, 12:29
15-01-2014, 13:45
14-01-2021, 16:30
14-12-2012, 12:01
19-01-2021, 09:39
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?