GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ziya Məmmədova 2 həftə vaxt verilib

Ziya Məmmədova 2 həftə vaxt verilib

Tarix: 15-01-2014, 13:45 Bölmə :Siyasət Baxış: 849
Ziya Məmmədova 2 həftə vaxt verilib
Hərbi-ekspert Üzeyir Cəfərov nəqliyyat naziri Ziya Məmmədova açıq məktub yazıb.

Musavat.com-un məlumatına görə, hərbi ekspert nazirlik işçilərinin onu təhqir etməsi ilə bağlı yazdığı məktubu facebook sosial şəbəkəsində paylaşıb.

Musavat.com həmin məktubu diqqətinizə çatdırır:


Azərbaycan Respublikasının
Nəqliyyat naziri

cənab Ziya Məmmədova

- Hörmətli Ziya müəllim! Əvvəla, salam. Bilirəm ki, vacib bir sahənin rəhbəri ilə görüşmək imkanları məhdud olduğuna, bəlkə də mümkün olmadığına görə Sizə məhz mətbuat vasitəsi ilə müraciət edirəm.

Ondan başlamaq istəyirəm ki, biz Sizinlə hələ keçmiş SSRİ zamanından - o vaxtkı Dəmir Yol Qoşunlarının Azərbaycan ərazisində xidmət etdikləri vaxtlardan tanışıq. Siz Azərbaycan Dəmir Yolunda sadə bir vəzifədə çalışırdınız və mən də cavan bir zabit kimi Ukraynadan Azərbaycana ezam edilmişdim. Hissəmiz Yevlax-Balakən dəmir yolunu inşa edirdi və bəzi məsələlərdən ötrü biz Sizinlə də görüşürdük. Bu hadisələr 1985-87-ci illərə təsadüf edir. O vaxtdan artıq xeyli müddət keçib və Siz indi müstəqil Azərbaycanın Nəqliyyat Nazirliyinə rəhbərlik edirsiniz. Bu illər ərzində şəxsi görüşlərimiz olmasa da, fəaliyyətiniz barəsində gündəlik mətbu orqanlardan kifayət qədər xəbərim var. Sizin tabeçiliyinizdə olan nəqliyyat müfəttişlərinin də xeyli sayda özbaşınalıq və qanunsuzluqları haqqında həm televiziya ekranlarından, həm də elektron və yazılı KİV-dən məlumatlar alırıq. Mən fikirləşməz və inanmazdım ki, Sizin kimi tanınmış bir şəxsin rəhbəri olduğu NN-də tam təsadüfi, heç bir mədəniyyəti və elementar insanlıq keyfiyyətləri olmayan xeyli sayda əməkdaşlar olsun. Amma buna şəxsən əmin oldum. Qısaca da olsa, o hadisəni Sizin nəzərinizə çatdırmaq istəyirəm.

Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşdim. Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 "Daewoo Nexsia" avtomobilinin sürücüsü ən tərbiyəsiz bir şəkildə məni təhqir edib. Mən ondan özünü insan kimi aparmağı xahiş edəndə, heç olmasa Sizə və çoxdan tanıdığım müavininiz Musa Pənahova hörmət qoymağı deyəndə isə, bu tərbiyəsiz və əxlaqsız adam ən təhqiramiz formada, küçə sözləri ilə məni təhqir etdi. Elə həmən gün Nəqliyyat Nazirliyi Katibliyinin rəisi hörmətli Namiq Həsənov cənablarına bu olay ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Amma sonradan dəfələrlə mən Namiq Həsənovla əlaqə saxlamağa çalışsam da, nədənsə zənglərim cavabsız qalıb.

Hörmətli Ziya müəllim!

Məni tanıyanlar bilirlər ki, mən Qarabağ müharibəsini keçmiş və hətta ölümdən də qorxan adam olmamışam. Azdan-çoxdan mətbuatda tanınan adam kimi həm özümə, həm də ətrafımda olanlara hörmət etməyi həmişə özümə borc bilmişəm. Kimliyindən asılı olmayaraq həm qarşımdakı tanıdığım və tanımadığım insana hörmət etməyə çalışmışam və bu qaydanı onlardan da hər zaman gözləmişəm. Sizin əməkdaşlarınızın məni ağır formada təhqiri isə mənə neçə gündür rahatlıq vermir. Ona görə də Sizdən xahiş edirəm ki, bu məsələnin hərtərəfli araşdırılmasına göstəriş verəsiniz. Əks halda - 2 həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı təqdirdə, mən NN-in rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası qaldıracağam.

İnanmaq istərdim ki, Siz bu məsələnin tezliklə həll edilməsi üçün lazımı addımları atacaqsınız.

Əvvəlcədən təşəkkür edirəm.

Hörmətlə,
ehtiyatda olan polkovnik-leytenant,
hərbi jurnalist Üzeyir Cəfərov.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Ziya Məmmədov jurnalistin zənginə əsəbiləşdi

    Ziya Məmmədov jurnalistin zənginə əsəbiləşdi ...

    6-02-2014, 13:32

  • 
  • Hakimiyyətdən Ziya Məmmədova şok zərbə

    Hakimiyyətdən Ziya Məmmədova şok zərbə ...

    12-01-2014, 21:32

  • 
  • Ziya Məmmədovun qatarı relsdən çıxdı

    Ziya Məmmədovun qatarı relsdən çıxdı ...

    29-01-2014, 13:33

  • 
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu