Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hüquq müdafiəçiləri 27 siyasi məhbusun əfv siyahısına salınmasını istəyir
Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu (AHMTMQ) 27 siyasi məhbusun adı olan siyahını Əfv Komissiyasına təqdim edib.
Hüquq müdafiəçiləri hazırda həbsdə olan Bəxtiyar Hacıyev və Əvəz Zeynallının da əfvə düşməsini istəyiblər.
Fevralda komissiyaya yeni şəxslərin adlarının daxil edildiyi yenilənmiş siyahı təqdim ediləcək. Əlavə olaraq, hüquq müdafiəçiləri 20 ildən çoxdur həbsdə olan, "müəyyən hal və şərtlərlə" əlaqədar ağır cinayətlərə görə mühakimə edilmiş şəxslərin də adlarını əfv siyahısına əlavə ediblər.
Hüquq müdafiəçisi bu şəxslər arasında keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvlərinin adlarını çəkib.
Həmin şəxslər əvvəlcə güllələnməyə məhkum ediliblər, amma ölüm cəzası ləğv edildiyinə görə cəzaları ömürlük həbslə əvəz olunub. Hüquq müdafiəçilərinin fikrincə, bu işlər üzrə istintaq obyektiv aparılmayıb, ittihamlar əsassız olaraq ağırlaşdırılıb.
Yanvarın 25-də Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, bu ilin mayında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti əfv sərəncamı olacaq. O qeyd edib ki, əfv üzrə komissiya yanvar ayında 3 toplantı keçirib və 360 ərizəyə baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonuncu dəfə 2022-ci il, mayın 27-də əfv sərəncamı imzalayıb. Həmin sərəncamla 213 nəfər əfv siyahısına salınıb. Onların arasında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan 20 şəxsin adı var idi.
Gundemxeber.az
24-12-2015, 16:14
16-02-2014, 20:29
23-12-2014, 00:22
17-10-2014, 17:23
3-09-2018, 15:05
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?