Azərbaycan xalqının müstəqillik mücadiləsinin ilk günlərindən dövlətçiliyimizin bərpaolunmasına qarşı çıxan, torpaqlarımıza qarşı yönəlmiş Erməni təcavüzünü başından bəri vargücüylə dəstəkləyən Tehran rejimi bu gün daha xain və ağır faciə ilə nəticələnən bir terror aktıgərçəkləşdirdi. İran dövləti tərəfindən gerçəkləşdirildiyi açıq-aydın görünən bu terror aktıüçün İran həm hüquq, həm də insanlıq qarşısında məsuliyyət daşıyır. Unutmaq olmaz ki,İranın mürtəce teokratik rejimi öz qaranlıq niyyətlərini bu gün tam olaraq həyata keçirəbilməsə də, hətta bundan sonra bir müddət dostluq məsajları versə də ölkəmizə yönəlikdüşmən fəaliyyətlərini heç bir zaman dayandırmayacaqdır. Tehran rejimindən gələntəhdidlərin davam edəcəyini, buna görə də xalqımızın bu ikiüzlü rejimə qarşı uzun müddətlivə ciddi bir mübarizəyə girişməsinin zəruri olduğunu düşünürük. Təbii ki, dövlətimiz bunahazır olmalı, təhlükəni ortadan qaldırmaq üçün əsaslı tədbirlər görməli və xalqımız buproblemlərə həssaslıqla yanaşmalıdır. Bütün bunları nəzərə alaraq MHB (Milli HərəkatçılarBirliyi) məsələni diqqət mərkəzində tutmaqla bərabər indiki mərhələdə həyata kəçirilməsinizəruri bildiyi tədbirlərin bir hissəsinə aid bəzi təkliflərini Azərbaycan ictmaiyyətin diqqətinə çatdırır:
1. İran dövləti Azərbaycan dövlətindən rəsmi üzr istəməli və təzminat ödəməli, bugərçəkləşənə qədər diplomatik əlaqələr minumum səviyyəyə endirilməli, başqasahələrdəki əlaqələr isə tamamilə kəsilməlidir.
2. Azərbaycan XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət edərək, “İran həyatınızüçün təhlükəlidir, orada qalmanız və səyahət etməniz məsləhət görülmür məzmunlubir xəbərdarlıq yayımlamalıdır.
3. İran’dan idxalat və ixracat tədricən azaldılmalı və zaman içində minimumaendirilməlidir.
4. Orxan Əsgərova şəhid statusu vərilməli, cənazəsi dövlət mərasimiylə qaldırılmalı,bunun umumxalq tədbri olaraq gərçəkləşdirilməsi təmin edilməlidir.
5. Səfirlik binasında böyük bir qətliamın qarşısının alınması üçün cəsarətlə düşmənizərərsizləşdirilən əməkdaşlar dövlət səviyyəsində təltif edilməlidir.
6. Əlbəttə, bu yolla məqsədinə nail ola bilməyən İran terrorizmi yaxın və ya uzaq gələcəkdə başqa hücumlar da həyata keçirəcəkdir. Bunu nəzərə alaraq, dövlətimiz
İrandan gələn təhdidlərə qarşı her an hazır olmalıdır.
7. Səfirliyimizin əməkdaşları tərəfindən zərərsizləşdirilən terorrist İran dövlətinə təslim edilməməliydi. Ən azından indiki mərhələdə Tehrana peşəkar bir istintaq qrupu göndərilərək, cinayətkarın ifadəsinin alınması və bununla ilgili bütün istintaq mərhələlərində aktiv iştirakı təmin edilməlidir.
8. Azərbaycanda radikal məzhəbçi ideologiyanın yayılmasından başka heç bir məqsədəxidmət etməyən və müxtəlif adlar altında fəaliyyət göstərən bütün İran mərkəzləritəcili qapadılmalıdır.
9. Azərbaycan din qurumlarının İranın məzhəbçi qurumları ilə əməkdaşlığına sonverilməlidir.
10. QMİ bu hadisəni lənətləməli və İran din çevrələriylə əmakdaşlığa son verdiyini açıqlamlıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?