Birləşmiş Ştatların əks-terror orqanlarının rəsmiləri bildirir ki, İslam Dövləti və Əl-Qaidə təşkilatı kimi terror qruplarına qarşı mübarizədə naliyyətlərə baxmayaraq, beynəlxalq terrorizmlə bağlı vəziyyət daha mürəkkəb bir şəkil alıb.
Bu haqda ABŞ Dövlət Departamentinin sentyabrın 19-da açıqladığı dünya qlobal terrorizmə dair illik hesabatında bildirilir.
İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkə olaraq qalır. “İŞİD, Əl-Qaidə və onlarla əlaqədə olan başqa qruplar güclü, qətiyyətli olduqlarını və uyğunlaşa bildiklərini göstərib. Onlar İraq, Suriya, Somali və başqa yerlərdə gücləndirilmiş əks-terror əməliyyatları kimi təzyiqlərə tez bir zamanda uyğunlaşa bilib”-deyə, ABŞ Dövlət Departamentinin Əks-Terror üzrə koordinatoru Natan Seyls hesabatı təqdim edərkən bildirib.
ABŞ Dövlət Departamentinin Əks-Terror üzrə koordinatoru Natan Seyls ABŞ Dövlət Departamentinin Əks-Terror üzrə koordinatoru Natan Seyls Birləşmiş Ştatların əks-terror orqanlarının rəsmiləri bildirir ki, ABŞ-ın başçılığı ilə koalisiyanın İraq və Suriyada İslam Dövləti qrupunun nəzarəti altında olan demək olar bütün əraziləri azad edib, Əl-Qaidə terror təşkilatına təzyiqləri artırıb.
Natan Seyls İranın terroru dünyada dəstəkləyən aparıcı ölkə olduğunu qeyd edib.
“İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkə olaraq qalır və Livanın Hizbullah qrupu kimi müttəfiqləri və İslam İnqilabı Qvardiyasından istifadə etməklə bir çox münaqişələrin qızışdırılması və ABŞ-ın Suriya, Yəmən, İraq, Bəhreyn, Əfqanıstan və Livanda maraqlarına ziyan vurulmasına görə məsuliyyət daşıyır”- deyə, o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?