ABŞ Ticarət Nazirliyinin bildirdiyinə görə, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya hücumda istifadə etdiyi pilotsuz təyyarələrin istehsalına görə İranın yeddi müəssisəsinə çərşənbə axşamı yeni ticarət məhdudiyyətləri qoyub.
ABŞ İranın həmin şirkətlərı və təşkilatlarını Birləşmiş Ştatların milli təhlükəsizliyinə və xarici siyasətdəki maraqlarına zidd fəaliyyətlərlə məşğul olanlar siyahısına əlavə edib.
Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğala başladıqdan sonra ABŞ və 30-dan çox ölkə onun texnologiyaya çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarətindən istifadə edərək, hərbi və müdafiə sənayesi bazasını zəifləşdirməyə çalışıb.
İranın hədəf alınan müəssisələri "Təyyarə Mühərriklərinin Dizaynı və İstehsalı", İslam İnqilabı Keşikçiləri Korpusunun "Aerokosmik Qüvvələr"i, İslam İnqilabı Keşikçiləri Korpusunun tədqiqat və özünü təmin edən "Cihad" təşkilatı, "Oje Pərvaz Mado Nafar" şirkəti, "Paravar Pars" şirkəti, "Qods Aviasiya Sənayesi" və "Şahed Aviasiya Sənayesi"dir.
Müəssisələrə hər hansı təchizatçıdan mal və texnologiya alması üçün lisenziyalar tələb olunur. Lakin ərzaq və dərman istisna olmaqla, bunların rədd ediləcəyi gözlənilir. Lisenziyalara ayrı-ayrılıqda baxılacaq.
İranın Nyu-Yorkdakı BMT-dəki missiyası "sanksiyaların İranın pilotsuz təyyarələrin istehsal gücünə heç bir təsiri yoxdur, çünki onun pilotsuz təyyarələri hamısı yerli istehsaldır. Bu, Ukraynada vurulan və Qərb ölkələrinin istehsal etdiyi hissələrdən istifadə edilən pilotsuz təyyarələrin İrana aid olmadığının göstəricisidir" deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?