ABŞ-ın Mərkəz komandanlığının nümayəndəsi, kapitan Bill Urban Tehranın Birləşmiş Ştatlara aid pilotsuz kəşfiyyat təyyarəsini vurması haqda bəyanatını şərh etməyib. O, “Assosiated press” agentliyinə bunu deyib: “İran ərazisi üzərində həmin vaxt Amerika pilotsuz təyyarələri olmayıb”.
Lakin Amerika administrasiyasının nümayəndəsi “Fox News” telekanalının Pentaqondakı müxbiri Lukas Tomlinsona Hörmüz boğazı üzərində, beynəlxalq hava məkanında MQ-DS Triton strateji pilotsuz təyyarəsinin İran tərəfindən vurulduğunu təsdiqləyib. Bu, RQ-4 Global Hawk strateji pilotsuz kəşfiyyat təyyarəsinin hərbi-dəniz qüvvələri üçün nəzərdə tutulmuş versiyasıdır.
Uzunluğu 14.5 metr olan təyyarə “Northrop Grumman” korporasiyası tərəfindən istehsal olunur, reaktiv mühərriklə təchiz olunub və 20 kilometrə qədər yüksəkliyə qalxır, havada 30 saata qədər qala bilir.
İsrail mənbələri bildirir ki, ABŞ ilk dəfədir bu tipli pilotsuz təyyarəni itirir.
“Fox News” telekanalının təyyarənin vurulduğunu təsdiqləməsindən sonra İnqilab Keşikçiləri Korpusu növbəti açıqlama yayaraq bildirib ki, təyyarə Hörmüz körfəzi üzərində uçub, daha sonra İran hava məkanına daxil olarkən vurulub.
İran bundan əvvəl də ABŞ-ın pilotsuz təyyarələrinə hücumlar edib, onlardan bir neçəsini elektron müdaxilə ilə öz ərazisinə endirib. Sonradan həmin təyyarələrin əsasında öz versiyasını hazırlayıb.
* * *10:16
İran ölkənin cənubunda yerləşən Hormozqan əyalətində Amerikaya məxsus pilotsuz uçan aparat vurub.
TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatına istinadən Press TV məlumat yayıb.
Cümə axşamı səhər dərc olunan bəyanatda bildirilir ki, Amerikanın İranın hava sərhədlərini pozan "Global Hawk" pilotsuz aparatı İİKK hərbi-hava qüvvələri tərəfindən Hormozqan əyalətinin Kuxe Mübarək rayonu üzərində vurulub.
ABŞ hərbi komandanlığı İran üzərində onlara məxsus hər hansı pilotsuz uçuş aparatının uçmadığını bəyan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?