GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Soğan bahalaşdı, rüsumdan azad edildi, ixracı tənzimlənəcək

Soğan bahalaşdı, rüsumdan azad edildi, ixracı tənzimlənəcək

Tarix: 3-02-2023, 22:15 Bölmə :Cəmiyyət Baxış: 81


Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən…faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

Azərbaycan Nazirlər Kabineti bununla bağlı qərar veribBeləliklə, ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad edilib.

Soğan bahalaşıb

Son vaxtlar Azərbaycanda soğanın qiyməti bahalaşıb. Hazırda Azərbaycan bazarları və pərakəndə satış məntəqələrində soğan keyfiyyətindən asılı olaraq, əsasən, 1 manat 20 qəpik-1 manat 50 qəpik arasında təklif edilir. Halbuki bir həftə öncə bu qiymət 80 qəpik-1 manat arasında dəyişirdi.

Yay aylarında isə Azərbaycanda 1 kiloqram soğan 40-50 qəpik arasında təklif edilirdi.

Bahalaşma səbəbləri…

Rəsmi açıqlamalara görə, Azərbaycan soğana olan tələbatını özü ödəyir.

Soğanın son vaxtlar Azərbaycanda belə bahalaşması müxtəlif amillərlə izah edilir. Rəsmilərin fikrincə, bu artım, əsasən, region bazarlarında, xüsusilə də MDB ölkələri bazarlarında qeyri-sabitliyin yaranması ilə bağlıdır.

Amma bu mövzuda AzadlıqRadiosuna danışan fermerlər deyiblər ki, yay aylarında anbara yığılan məhsulların böyük bir hissəsi xarab olub.

Nazirlər Kabineti soğan ixracına dair də qərar qəbul edib. Baş soğanla şalot (el arasında arpacıq soğan kimi tanınıb -red.) soğanın ixracı keçici olaraq tənzimlənən malların siyahısına salınıb. Bu o deməkdir ki, hökumət soğan ixracını məhdudlaşdırmaqda maraqlıdır, çünki sözügedən siyahıya salınanların ixracına, digər məhsullardan fərqli olaraq, İqtisadiyyat Nazirliyi rəy verməsə, baş tutmaz. İndiyədək bu siyahıya iribuynuzlu diri mal-qara, mal-qara əti, ev toyuqları, ev toyuqlarının əti, qatılaşdırılmış süd, kərə yağı, dənli bitkilər, zeytun, günəbaxan, qarğıdalı yağları, şəkər daxil idi.

Nazirlər Kabineti soğanın ixracını məhdudlaşdırmaqla yanaşı, onun idxalını artırmağı stimullaşdıran qərar da verib. Yeni qərarda bildirilir ki, baş soğan və şalot (arpacıq) soğanın idxalı 2023-cü il mayın 1-dək gömrük rüsumundan azad edilir.

Son illər dünyada təchizat zəncirinin pozulması bir çox qida məhsulunu bahalandırıb. Ötən ilin əvvəllərində Rusiya-Ukrayna savaşının başlaması ərzaq məhsulları ilə bağlı yeni problemlər ortaya çıxardı, axı hər iki ölkə dünya kənd təsərrüfatı bazarında ən böyük oyunçular arasındadır. Bu üzdən hökumətlər qıtlıq təhlükəsinin önünü kəsməkdən ötrü ərzaq məhsulları ilə bağlı əlavə tənzimləmələrə əl atmağa başladı. Elə Nazirlər Kabinetinin bəzi məhsulların ixracının tənzimlənməsi ilə bağlı ötənilki qərarında da belə amillər səbəb göstərildi. “İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilmişdir”, – qərarda belə deyilirdi.

Soğan ixracı niyə məhdudlaşdırılır?

Soğanın qiymətləri artıq bir müddətdir Azərbaycanda dartışılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə soğan qiymətlərinin ötən ilin dekabr və bu ilin yanvarında son 5 ilin ən yüksək səviyyəsinə çatdığını bildirib. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, soğan 2022-ci il boyunca 27 faiz bahalaşıb.

Dövlət qurumunun nümayəndəsi bildirib ki, Ukraynada satışa çıxarılmaq üçün yetişdirilən soğanın təxminən 80 faizinin cəmləşdiyi cənub rayonlarının işğalı dünya bazarını, ən azı, 20 min ton soğandan məhrum qoyub. Digər tərəfdən, Ukrayna məcbur qalaraq Polşa, Rumıniya, Moldova, Azərbaycan, Qazaxıstan və Türkiyədən soğan idxal edib. Bu, həm regionda, həm də ölkə içində soğanın qiymətini bahalaşdırıb. Yeni ilin əvvəlində qiymətlər dekabrın sonu ilə müqayisədə 12 faiz artıb.

Soğan bazarı ilə bağlı çətinlikləri çoxaldan başqa səbəblər də var. Təkcə Ukraynada deyil, soğan yetişdirən digər ölkələrdə də problemlər gözə çarpır. Soğan tədarükündə önəmli yer tutan Pakistandakı təbii fəlakətlər, hazırda Avropa bazarının soğana tələbatını ödəyən Niderlandda müşahidə edilən quraqlıq dünyada soğana tələbatı artırıb. Nəticədə dünyanın ən böyük ixracatçılarından olan Pakistan idxalçıya çevrilib. Eyni zamanda, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda ilin əvvəlində müşahidə olunan anomal şaxtalar izolyasiya edilməmiş anbarlarda saxlanılan böyük soğan ehtiyatını məhv edib.

Problem nə zaman çözüləcək?

Ekspertlərin fikrincə, dünya bazarlarında soğanla bağlı yaşanan problemlər yeni məhsullar toplananadək sürəcək. Azərbaycanda soğan istehsalı, yazlıq və payızlıq olmaqla, əsasən, iki mövsümdə gerçəkləşdirilir. Yazlıq soğanın əkini yanvar-fevral aylarında, məhsul yığımı isə həmin ilin avqust-sentyabr aylarında aparılır. Payızlıq soğanın əkini avqust-sentyabr aylarında, məhsul yığımı növbəti ilin aprel-may aylarında gerçəkləşdirilir. Aqrar Tədqiqatlar Mərkəzinin açıqlamasında da bildirilirdi ki, yeni məhsulun çıxdığı dövrədək soğan ixracına məhdudiyyət qoyulsun və idxalına güzəştlər tətbiq edilsin. Bu üzdən, Nazirlər Kabinetinin qəbul etdiyi qərarın, ən azı, həmin vaxtadək qüvvədə qalacağını ehtimal etmək olar.

Fermerlər nə düşünürlər?

Qarabağ-Aran Soğan İstehsalçıları Assosiasiyasının nümayəndəsi də mediaya açıqlamasında soğanın qiymətinin bahalaşmasını bir neçə amilə bağlayıb. Bu amillər sırasında mövsümlə əlaqədar tələbin artması, anbarlarda soğan ehtiyatının azalması və ölkəyə soğan idxalının azalması qeyd edilib. Soğan istehsalçılarının fikrincə, aprelin əvvəlində Qarabağ bölgəsində soğan yığımı başlayacaq. Təzə soğan çıxınca köhnə soğan ucuzlaşacaq. Ancaq soğan yetişdirənlər qiymət artımlarına digər amillərin də təsir göstərdiyini düşünürlər. Axı dünya bazarlarında soğan yetişdirərkən istifadə edilən mineral gübrələr, pestisidlər kəskin bahalaşıbsa, demək, bu məhsula çəkilən xərclər də artıb. Digər tərəfdən, soğan istehsalçıları bunu da bildiriblər ki, məhsulun bahalaşması onların ürəyincədir.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının ən ucuz bazarında ən baha qiymətlər

    Bakının ən ucuz bazarında ən baha qiymətlər ...

    23-12-2013, 14:08

  • 
  • Azərbaycana idxal edilən bəzi məhsullara gömrük rüsumları artırılıb - SİYAHI

    Azərbaycana idxal edilən bəzi məhsullara gömrük ...

    2-10-2016, 14:44

  • 
  • Heydər Əsədov: "Kartof, soğan bolluğu olacaq"

    Heydər Əsədov: "Kartof, soğan bolluğu ...

    28-12-2013, 23:56

  • 
  • Mazut gömrük rüsumundan azad edildi

    Mazut gömrük rüsumundan azad edildi ...

    7-04-2016, 11:42

  • 
  • Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib - 2020-ci il yanvarın 1-dək

    Azərbaycanda bəzi yanacaq markaları gömrük ...

    15-04-2019, 11:13


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (150)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu