GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Killer jurnalist”lərin “Ayı xidməti”- Medianı “Eşşəyə tərs mindirənlər”

“Killer jurnalist”lərin “Ayı xidməti”- Medianı “Eşşəyə tərs mindirənlər”

Tarix: 6-02-2023, 12:59 Bölmə :Cəmiyyət Baxış: 228


Biz sizlərdən fərqli olaraq medianı dövlət, millət məsələsi, var olmaq şansı bilirik


Deyilənə görə Finlandiyada insanlar problemsizlikdən depressiyaya düşürlər. Deyəcəksiniz ki, orası yer üzünün bir cənnət nümunəsi, bizə nə dəxli var. Dəxli var, bir az fərqli olmaqla... Məsələn, bizdə haqqı deyənin həmişə “başına sığal çəkib”, ünvanına xoş sözlər deyilmir ki. Həmişə belə olardısa biz də, fin qardaşlarımız kimi depressiyada çabalayardıq. Biz də çabalayırıq, amma bu depressiya-filan deyil, nə isə dünyada ancaq bizə məxsus, adı bilinməz olan bir nəsnədir. Həm də elə bir nəsnə ki, vaxtaşırı yenilikləri ilə bizi “sevindirir”. 

Eyni ilə “Killer jurnalist”lərin “Ayı xidməti” kimi... Köləlik, mütilik xarakter məsələsidir: İnsanla bərabər doğulur, bir ömür boyu ayrılmır, bərabər də ölür. Bu mənə aidiyyatı olmadığı kimi, mənim kəşfim də deyil: Psixologiya elmi belə deyir... Belələri ağılları kəsəndən bu xarakterinə uyğun yolun yolçusu olur: bu yolla hansısa mövqe sahibi olur, çörəyi də bu yolla qazanır...

                                  

Mediamızın MEDİA problemi


Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərman imzaladı. Və bu Fərmanla da, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Əhməd İsmayılov da öz vəzifəsində qaldı... Sadəcə qurumun adı dəyişdi. Əhməd müəllim, həmin günlərdə hədsiz ümidverici, ruhlandırıcı çıxışları ilə bütün media cameəsini sevindirirdi. Xüsusi ilə də, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunacağı vədləri ilə. Media resursu üçün iqtisadi müstəqilliyin nə dərəcədə əhəmiyyətli olduğunu isə bilənlər bilir. 

Əhməd İsmayılov bu mövzuda çıxışlarından birində dediyi kimi: “Məqsədimiz, hər bir media subyekti ilə ayrı-ayrılıqda biznes fəaliyyətinin araşdırılması, oun təhlil olunması və beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesinin idarəedilməsi istiqamətindəki aparıcı təcrübənin bizim media subyektlərinə də tətbiq edilməsi imkanlarını araşdırmaq və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməkdir. Bu, bizə imkan verəcək ki, iqtisadi asılılıq baxımından bizim media subyektləri müstəqilliyini təmin etmiş olsunlar. Çünki media subyektinin birbaşa məqsədi məhz informasiyanın yaradılması, əldə edilməsi və ötürülməsindən mənfəət əldə etməkdir. Biz bu mexanizmin işə düşməsini təmin etməliyik ki, bu gəlirlər vasitəsi ilə media subyektləri özlərinin inkişafına, eyni zamanda mediada çalışan jurnalisltərin sosial təmiantının yaxşılaşmasına, onların peşə hazırlıqlarının artrılmasına yardım edilsin”.

Əhməd müəllim beynəlxalq aləmdəki aparıcı media biznesi təcrübəsinin ölkə mediasında tətbiqini də qeyd edirdi: “beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesini araşdırmaq... və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərmək”.

O gündən bu günə bizi nə az-nə çox - iki ildən artıq zaman ayırır. Bəlli mənada yetərincə zamandır... Belə məlum olur ki, cənab İsmayılov ya sonradan fikirini dəyişməli olub, ya da elə əvvəlcədən bizimlə “zarafat eləyib”. İlbəil, aybay, günbəgün, saatbasaat zaman Azərbaycan mediasını uçuruma aparır... MEDİA “Media Haqqında” Qanunun ağlımıza gəlməyən, təsəvvür belə etmək istəmədiyimiz, bir az da yumşaq desək arzuolunan olmayan sərt üzünü “Tərs şillə” kimi Azərbaycan mediasına vurmaqdadır. Mən bu istiqamətdə çox da detallara varıb, zaman almağı uyğun bilmirəm... 

Belə məlum olur ki, məqsəd obrazlı desək çərçivəli, sözeşidən, gözükölgəli, bir az da ev pişiyinə bənzər “jurnalist” kütləsi formalaşdırmaqdır. 

Bu “tenologiya”nın dövləti və milli maraqlar baxımından yaşatdığı və yaşadacağı da qaçılmaz olan fəsadları da başqa bir yazının mövzusudur. Qısaca... bir həqiqət var ki, sayənizdə Azərbaycan mediası “Biləcəridə ilişib qalıb”. Dünya bəyənib, qəbul etmək istəmədiyimiz düşmən mediasını oxuyur, qəbul edir. Ki, bu da ya sizlərin bilərəkdən, ya da zəkanızın dayazlığı səbəbindən dövlətçiliyimizə sarsıdıcı “Tərs şillə” ilə müşahidə olunur...

On illərdir ki, yemlədiyiniz, adını da “dövlətin mediaya dəstəyi” qoyduğunuz xətt, prinsiplər YANLIŞDIR! Özünü doğrultmur, doğrultmayacaq da... Bu çılpaq həqiqəti gördüyünüzə əmin olduğum kimi, bilərəkdən qəbullanmadığınıza da şübhəm yoxdur!

Biz – sizlərin bu əmməllərinə etiraz edənlər, sizlərdən fərqli olaraq müstəqil, azad medianın Azərbaycan dövlətinin, bu ölkə xalqlarının maraqları baxımından dəyərini dərk etdiyimiz kimi də, olmasını istəyirik. Biz sizlərdən fərqli olaraq medianı dövlət, millət məsələsi, var olmaq şansı bilirik. Və bu səbəblərdən də, müxtəlif formalarda çarpışırıq, həm də davamlı olacağı ilə...

Bu da bizim xarakterimizdir: bizlər bu dövlətin qurulmasında az da olsa belə var olmuşlarıq, küçələrdə, meydanlarda hayqırmaqla, milis dəyənəyini belimizdə “daşımaqla”...

İndi isə Əhməd İsmayılov, sizlər hansısa özəl maraqlar naminə bir “çətə”, “Killer jurnalist” kütləsi yaradıb da, bizləri bu haqq yolunda durdurmaq istəyindəsiniz. Adına Media Reyestri dediyiniz, məramı naməlum, dövlətin digər – daha da üstqurum sayılan strukturlarını təkzib edən kolonda toparlamaqla, ağzımıza qıfıl taxmaq cəhdləri ilə... Edə bildiklərinizdən fərqli olaraq, bizimlə olmayacaq! “Killer jurnalist”lərinizin “Ayı xidməti” ilə özəl maraqlarınızı qorumaqla bərabər həm də, mediamızı “Eşşəyə tərs mindirirsiniz”...


             “Killer jurnalist”lərin “Səlib yürüşü” 


Bizlər – satılmış və cəsarətsiz “həmkar”larımızdan fərqli olanlar medianın sevgili dövlətimiz və millətimiz üçün dəyərini bilənlər, bu yanaşmaya, bu prinsiplərə, bu fəlsəfəyə susqun dura bilmirik, dura bilmərik də... Buna bizim hüququmuz olmadığı kimi, haqqımız da yoxdur!

Amma, nə yazıq ki, özlərinin təbirincə desək Əhməd İsmayılov MEDİAsının formalaşdırdığı bir “Killer jurnalist” kütləsi var. Bəli, məhz “Killer jurnalist” kütləsi... Əslində jurnalist adına “Killer” yarlığını yapışdırmaq mənim üçün çox üzücüdür, ağırdır. Nə qədər ağır olsa da, çılpaq həqiqətdir: adam yemlədiyi “jurnalist”lərdən bir “Killer” toplumu yarada bilib. (Zatən yaradıcılığı bir “Biləcəridə ilişib qalan media”, bir də “Killer jurnalist”lər oldu.) Eyni ilə bəlli aləmdə olduğu kimi: pulunu verib, hədəfini vurdurmaq. (Kənardan necə də, yazıq görünürlər)

Bu “maşa” kimi kullanan “Killer jurnalist”lər də ağına-qarasına baxmadan, ağızlarına gələn üfunəti püskürür... Əməllicə “Səlib yürüşü”nə başlayıblar! 

Olsun, bizlər elə bir dövrü yaşamaq məcburiyyətində olanlarıq ki, belə “məhəbbətə” alışmışıq. 

Bəs media? Niyə bu dilsiz – ağızsız medianı “Ayı xidməti”nizlə “Eşşəyə tərs mindirirsiniz”? Niyə bu medianı “Sabun köpüyü”nə çevirirsizin? Niyə “Düşmən dəyirmanına su tökürsünüz”? Niyə dərk etmək istəmirsiniz ki, düşmənlə savaşda ən vacib olanı mediadır? Məgər son illərin olub – bitənləri yetərli olmadı? Və s.  

Bu “Səlib yürüşü”nə ayırdığınız zaman və enejinizə təəssüflənmək də sizə qalsın... Əgər istəsəniz.

                               

Və son əvəzi    


Mən Azərbaycan mediasının qüsursuz olduğunu, təsadüflərdən xali olduğunu da iddia etmirəm... Təəssüf ki, media adına utancverici, “partizan”lıq edənlər də var. Çoxları kimi, mən də bilirəm ki, elə “Media orqanları” var ki, nə ünvanı, nə hansısa əlaqə vasitəsi var, nə də hansısa bir “Media qoxusu” hiss olunur. Amma, bu kimi saysız çirkablardan qurtulmağın yolu bir başqadır. Bundan ötrü bir mexanizm, bir yol tapmaq da çətin deyil. Təbii ki, istək səmimi olarsa.

Hələlik isə Azərbaycan mediası ilə bağlı bu yanaşmanıza redaktə etməyiniz daha uyğun olardı... Azərbaycan naminə!


İlqar Salmanov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bunun mənə dəxli yoxdur...” – İsmayıl Ömərov

    “Bunun mənə dəxli yoxdur...” – İsmayıl Ömərov ...

    30-04-2014, 10:33

  • 
  • Dünya alimlərindən ŞOK elmi nəticə: Xoşbəxt olmağa çalışmaq insanı bədbəxt edir

    Dünya alimlərindən ŞOK elmi nəticə: Xoşbəxt ...

    25-06-2017, 14:14

  • 
  • “Medianı darda qoymadıq, qoymayacayıq”

    “Medianı darda qoymadıq, qoymayacayıq” ...

    17-03-2016, 20:25

  • 
  • Ramazan ayı necə keçiriləcək? - Qaydalar AÇIQLANDI

    Ramazan ayı necə keçiriləcək? - Qaydalar AÇIQLANDI ...

    13-04-2021, 12:00

  • 
  • “ELMARI ÖLDÜRMƏK YOX, YANDIRMAQ LAZIM İDİ” - Killer general Covdarovun etirafları

    “ELMARI ÖLDÜRMƏK YOX, YANDIRMAQ LAZIM İDİ” - ...

    17-11-2015, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu