GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zəlzələdən xilas olanlar danışır: “Hava çox soyuqdur, yeməyimiz yoxdur, çox çətin vəziyyətdəyik”

Zəlzələdən xilas olanlar danışır: “Hava çox soyuqdur, yeməyimiz yoxdur, çox çətin vəziyyətdəyik”

Tarix: 7-02-2023, 14:58 Bölmə :Cəmiyyət / Müsahibə Baxış: 265


Kahramanmaraşda bazar ertəsi səhər saatlarında baş verən 7,7 gücündə zəlzələ azı 10 şəhərə zərər vurub. Zəlzələnin olduğu fərqli şəhərlərdən BBC Türkcəyə danışan zəlzələ qurbanlarının hamısı həyatlarında ilk dəfə bu qədər şiddətli və uzun davam edən zəlzələ gördüklərini deyirlər.

Zəlzələnin episentri olan Kahramanmaraş Pazarcık qəsəbəsində yüzlərlə binanın çökdüyü, bir çox adamın öldüyü bildirilirBBC Türkcəyə danışan CHP Pazarcık qəsəbə başqanı Veysel Şervan sadəcə öz müşahidəsinə görə qəsəbədə “azı 100 binanın çökdüyünü” deyir.

Bir çox yaxınının da dağıntılar altında qaldığını deyən Şervan “Pazarcık pis vəziyyətdədir. Mən də özümü və ailəmi binadan güclə xilas etdim. İnsanlar öz imkanları ilə xilas olmağa çalışır” əlavə edir:

“Biz dağıntılardan çıxmışdıq ki, dağıntının altındakı kiçik bir boşluqdan bir nəfərin kömək üçün əl uzatdığını gördük. Onu xilas etməyə çalışan dostumuzun üzərinə bina aşdı. Gözümüzün önündə onu xilas etməyə çalışan da binanın altında qaldı. Onların xilas olmaq şansları yoxdur. Bina tamamilə üzərlərinə çöktü. Çox çətin vəziyyətdəyik”.

50 metrlik məsafədə 5 binanın aşdığını gördüyünü deyən millət vəkili yollara dəyən zərərə rəğmən, qəsəbəyə girişin açıq olduğunu qeyd edir:

“Çox şiddətli və uzun çəkdi. Belə bir zəlzələ görməmişdik. Çox bina aşdı, amma şükürlər olsun, xilasetmə işlərində canlı insanlar çıxarılır. Hələ ki, bütün kəndləri gəzə bilməmişəm. Amma kəndlərdən də çox dağıntı xəbərləri gəlir”.

“Təkcə mənim gördüyüm Pazarcık-da ən azı 100 bina çöktü. Səhərə yaxın isə təzə-təzə bir neçə axtarış-xilasetmə işləri gəldi. Hazırda nə çadır var, nə də bir şey. İnsanlar çöldədir, yağış yağır, yeməyə, içməyə, qızınmağa heç nə yoxdur. Bilmirəm… Bu dəqiqəyə kimi effektiv bir axtarış-xilasetmə işi aparılmayıb”.

Türkiyədə zəlzələ Recep tayyib Erdoğan Adana zəlzələ Qaziantepdə zəlzələ
Zəlzələ Adanada da çox şiddətli olub.

Adana mərkəz Yurt Məhəlləsində özlərini 5-ci mərtəbədən çölə güclə çıxara bildiklərini deyən Nilüfer Aslan “ömrümdə belə bir şey görmədim, bir dəqiqəyə yaxın yelləndik”, – deyə əlavə edir:

“Ətrafımızda 12-14 mərtəbəli bina aşdı. Mən 5-ci mərtəbədə idim, ömrümdə belə şiddətli zəlzələ görməmişdim. Əvvəlcə yüngül gəldi, sonra bir az ara verdi, sonra şiddətli şəkildə davam etdi. Sadəcə oğlumu xilas etmək istədim. O biri otaqdakı oğluma səsləndim, o da nə baş verdiyini anlamadı. Ona “Ana qurban, zəlzələdir, ən azından eyni yerdə, birlikdə qapının ağzında ölək” dedim. Ağlıma gələn tək şey o idi. Zəlzələ davam etdi, etdi, qapının ağzında bir dəqiqə durduq”.

Binadan çıxdıqdan 5-10 dəqiqə sonra güclü təkanların başladığını deyən Nilufer Aslan avtomobilin zəlzələ sonrası təkanlardan titrədiyini deyir:

“Hazırda biz Çukurova Dövlət Xəstəxanasına yaxın ərazidə toplaşmışıq. Özümlə heç nə götürə bilmədim, çöldə başmaqda dayanmışam. Bir daha evə girməyə cəsarət etmirik”.

“Sistemi qolumdan necə çıxartdığımı xatırlamıram”

Türkiyədə zəlzələ

Dünən böyrək əməliyyatı olduqdan sonra Gaziantep Ersin Asrlan Dövlət Xəstəxanasında qolunda sistemlə yatdığı yerdə şiddətli zəlzələ olduğunu deyən Gökçe Bay həmin vaxt xəstələrin nə baş verdiyini başa düşmədiklərini deyir:

Bir anda bütün xəstələrin bir-birindən dəstək alaraq qaçmağa başladığını deyən Gökçe Bay xəstəxananın bəzi divarlarında dağıntılar olduğunu bildirir:

“Zəlzələ olanda ikinci mərtəbədə idik. Ağrım yox idi, amma qolumda sistem var idi. Mən dərhal yatağımdan qalxıb, əmim qızına səsləndim. Dərhal qaçdıq. Hamı bir-birindən tutdu. Belə bir sarsıntı ola bilməz. Öləcəyimizi zənn elədik. Elə qorxunc bir şey idi ki! Hər kəs küçədə ağladı, hamımızın psixologiyası pozuldu. Baş verənləri təsvir edə bilmirəm”.

Əşyalarını və paltolarını belə götürmədən, qaçmaq məcburiyyətində qaldıqlarını deyən Gökçe Bay böyrək əməliyyatından yeni çıxsa da, yaş başmaqları ilə küçədə qaldığını deyir:

“Çöldə də hava çox pisdir, qardır, hava buz kimidir. Yataq xəstələri, qocalar, əlil arabasında olan xəstələr… Onlar çıxa bilmədilər. Özümüzü birtəhər çölə atdıq, amma çöldəki vəziyyətimiz də heç yaxşı deyil. Çox çətin vəziyyətdə qalmışıq”.

Gecə zəlzələ vaxtı tibb bacılarının hamını oyandırmaq üçün dərhal otaqları gəzməyə başladıqlarını və insanları toplamağa çalışdıqlarını deyən Bay hər kəsin öz canının dərdində olduğunu vurğulayır:

“Tibb bacıları sağ qalanlara, çölə çıxa bilməyənlərə kömək etdilər. İndinin özündə də xəstəxananın içərisində mərtəbələrdə hələ də tibb bacıları var. Onlar yataq xəstələrinin yanındadırlar, lakin silkələnmələr hələ də davam edir”.

“Hamı binalardan uzaqlaşmağa çalışır”

Malatya Temelli Məhəlləsində ailəsi ilə birlikdə 5 mərtəbəli binadan sağ çıxan 25 yaşlı Özgül Konakçı özlərinin yaşadığı binaya sadəcə ziyan dəydiyini, ancaq ətrafdakı 5 binanın dağıldığını bildirir:

“Axtarış və xilasetmə işləri davam edir. Çox soyuqdur və hazırda qar yağır. Hamı küçələrdə, insanlar nə edəcəyini bilmir. Elə indilərdə gözümüzün qabağında zəlzələsonrası təkanlardan bir binanın pəncərələri partladı. Zəlzələ vaxtı qardaşımla divanda yatırdıq, bir-birimizə baxdıq, “sən yellədirsən?” dedik. Çilçırağa baxdım, elə bil uçacaqdı. Üç yaşlı qardaşım oğlunu içəridən götürən kimi çölə atıldıq”.

Soyuq olduğuna görə uşağa daha çox əşya götürməyə çalışırdıqlarını deyən Özgül Konakçı içəridən uşağa aid əşyaları götürən kimi, tez çölə çıxdıqlarını bildirir:

“Bizim olduğumuz yerdə hələ çadır yoxdur. 2020-ci ildə 6,8 bal gücündə zəlzələni də hiss etmişdik, amma bu, çox fərqli idi. Bu zəlzələdə binaların çartıltısını da eşitdik, demək olar ki, bütün binalarda çatlar və zədələr var”.

Malatya valisi Hulusi Şahin bildirib ki, ilkin məlumata görə, şəhərdə 130 bina çöküb. Şəhərdə nəqliyyatın sıx olduğu bildirilir. O, izah edir:

“Zəlzələsonrası təkanlar bizə çox təsir edir. Malatyada nəqliyyat çox pisdir, həm yollar buz bağlayıb, həm də maşınlar həddindən artıq çoxdur. Hamı maşınına minib binalardan uzaqlaşmağa çalışır.

Zəlzələsonrası təkanlara görə hamı “binalardan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır”,- deyə fikirləşir və avtomobilinə minib binalardan uzaqlaşmağa çalışır ki, bu da yollarda sıxlıq yaradır”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Meksikada zəlzələ nəticəsində 2 nəfər həyatını itirib

    Meksikada zəlzələ nəticəsində 2 nəfər həyatını ...

    24-09-2017, 20:48

  • 
  • Yaponiyada silsilə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb

    Yaponiyada silsilə zəlzələ nəticəsində azı 3 ...

    15-04-2016, 00:39

  • 
  • Zəlzələdən beş saat sonra 12 yaşlı uşaq xilas edildi

    Zəlzələdən beş saat sonra 12 yaşlı uşaq xilas ...

    25-01-2020, 12:34

  • 
  • Türkiyədə daha bir zəlzələ

    Türkiyədə daha bir zəlzələ ...

    27-05-2014, 10:42

  • 
  • Meksikada 6,2 bal gücündə daha bir zəlzələ oldu

    Meksikada 6,2 bal gücündə daha bir zəlzələ oldu ...

    23-09-2017, 21:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu