GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nədən Bölündük, Niyə Birləşə Bilmirik?

Nədən Bölündük, Niyə Birləşə Bilmirik?

Tarix: 10-02-2023, 17:04 Bölmə :Cəmiyyət Baxış: 219

Prof. Nəsib L. Nəsibli


Milli tariximizin 3 əsas faciəsindən biridir. Nədən faciə? Çünki yarımçıq, paralanmış hissə heç vaxt bütövün gücünün yarısını belə vermir. Bölünmüş xalq, bölünmüş vətən olaraq bunu biz yaxşı bilirik. Nə qədər ki, bütövləşməmişik bu bölünmüşlüyü müzakirə edib, lazımı dərslər çıxarmalıyıq. Buna görə bu toplantını mən çox faydalı sayıram.

Birinci faciə fikrimcə 16. yüzildə oldu. Türk dünyası, ümumiyyətlə İslam aləmi bölündü. Toplum tək bizdə deyil, qonşularda da yobazlaşdı, fanatikləşdi. Bu bölünmüşlüyün nəticəsi hələ də qalır. Sonrakı 300 il məzhəb bölünmüşlüyü siyasi sürəci müəyyən etdi/bəlirlədi. Hətta etnik sürəc belə bu məzhəb qarşıdurmasına kökləndi. İndiki İran coğrafiyasındakı Türk, Farsa qardaş oldu, digər Türkləri düşmən kisıldı. Güney Azərbaycanşn İran orbitindən çıxa bilməməsinin əsas səbəblərindən biri də budur. Bu məsələ xüsusi müzakirə mövzusudur.

Tariximizin ikinci faciəsini yaşadıq. Bu yaranı xeyli dərəcədə, tamamilə olmasa da sarmışıq. 27 Aprel faciəsi tam dərk olunmasa da, xeyli dərəcədə tarix mövzusuna çevrilib.


Niyə bölündük?

Üçüncü faciəmizdən danışacağıq. Bu, orta məktəb tarix dərslərindən bildiyimiz mövzudur. Amma müammaları, bilinməyənləri də çoxdur. Savaşların nədən baş verdiyi, gedişi, nəticələrindən deyil, bu gün o hadisə bizim üçün nə ifadə etdiyindən danışaq. Gülüstan (12 oktyabr 1813) və Türkmənçay müqavilələrinin (10 fevral 1828) maddələrində nə yazıldığını az-çox dərəcədə bilirik. Ayrıntılarına girməyək. Tarıx kitablarında var. Çalışaq fərqli yeni fikir, yanaşma ortaya qoyaq.  Diqqətçəkən bir neçə məqam üzərindən başlıqdakı sualı cavablandırmağa çalışacağam.

1.    önəmli məqam.  19. yüzil Türklərin tarixdə ən zəif durumda olduğu zamandı.

Birinci və ikinci Rusiya-İran müharibələri deyirik. Bu savaşlar əsrlərlə davam edən, 1552’dən sonra dünya Türklərinin ziyanına nəticələnən Rus-Türk savaşları silsiləsindən ikisidir. “İran ordusu” dediyimiz əsasən Azərbaycandan yığılırdı, şəxsi heyətin ən azı yüzdə 80’i Türkdü. Yəni əsas etibarı ilə Türklərlə Ruslar savaşdılar, Rus-Türk savaşı idi.            


Bu arada bəzi dostlarımız həmin dövrdə “İran” anlayışının olmadığını iddia edirlər. Bu anlayışın yalnşz 1935’də rəsmiləşdiyini iddia edirlər. Yanlışdır. Heç olmasa müqavilələrin mətnindəki “İran” sözünə baxsınlar. Doğrudur, Rusca mətində “Persiya” yazılıb. Mətinlərdə Romanov və Qacar sarayları, hakimiyyətləri, hətta dövlətləri adları da keçir. Amma “İran” anlayışını gözardı etmək bizi gülünc duruma salşr. 


2.    önəmli məqam. 19.yüzil Rusların ən güclü olduğu, dünyanın azsaylı böyük güc (great power) statusuna sahib olduğu əsrdir. Əsrin başlarında Rusiya dünyanın ən böyük ordusuna malikdi (Paul Kennedy, s. 99, 203). Həmin 19. əsrdə Rusiya hər gün ortalama 80 kv km genişlənib (İrina İsakova). Rusiya hər yerdə genişlənməsini silahla qazanmayıb, aktiv diplomatiya işlədib. Bu dövləti keçmişdə də, indi də tanımlayan/xarakterizə edən ən önəmli özəlliyi verdiyi vədlərə xilaf çıxmasıdır. Moskva, ya Peterburq bir qayda olaraq hədəfdə olan yerli hakimlərə daxili hakimiyyətlərini saxlayacaqları vədi verib, amma özünü möhkəmlədəndən sonra bu hakimlərin daxili muxtariyyətini di aradan qaldırıb. Eyni taktika Sibirdə, Türküstanda, Qafqazlarda, o cümlədən Azərbaycanda da işlədilib. Mənfur Kürəkçay müqaviləsi (14 may 1805) və ondan sonrakı sürəc bunun təsdiqidir. Rusiya sıradan işğalçı bir dövlət olduğunu az sonra hərəkətləri ilə sübut etdi. Qarabağlı İbrahim Xanın özü və ailəsini bütünlüklə qətl edilməsi bəlli bir tarixi fartdır.  “Azərbaycanın Rusiyaya könüllü birləşməsi” konsepsiyası Sovet dövründə onillərlə insanların ağlı ilə alay etmək/ələ salmaq deməkdi.


3.    önəmli məqam. Bizim xanların doğru-düzgün stratejisi olmadı. Bir neçə xandan (Gəncəli Cavad Xan, İrəvanlı Məhəmməd Xan, Bakı xanı, Qubalı Şeyxəli Xan) başqa, demək olar hamısı Rusiyanın Kürəkçay vədinə aldandılar. Qarabağlı İbrahim Xanın faciəsindən sonra aldandıqlarını görən xanlar Qacarlarla, birlikdə ikinci savaşda Rusiyaya qarşı döyüşdülər. Amma gec idi. Rusiya hakimiyyəti bu mövqesizliyini onlara bağışlamadı. Onlara Gürcü zadəganlarından fərqli olaraq heç vaxt etibar etmədi. Uyğun olaraq Azərbaycan əhalisi daima “etimad edilməsi mümkün olmayan inorodeslər - busurmanlar” sayıldı. 


Bizim xanların uzaqgörən olmamalarına başqa bir sübutu da 1783’dən sonra Rusiyanın Gürcü sarayına münasıbətdə siyasəti idi. İlk əvvəlllər Gürcü sarayı daxili idarəçilik haqqını saxladı. Az sonra Gürcüstan, Rusiyanın sıradan bir quberniyasına çevrildi, Gürcü çar ailəsi isə Rusiyanın iç quberniyasına sürgün edildi. Gürcü çar ailəsinin başına gətirələnlər bizim xanların burnunun ucunda baş verirdi. Onlar bu gəlişməni görmədilər, Kürəkçay rəzalətinə getdilər, daha sonra hər şeylərini itirdilər.

            Bu arada, Qubalı Fətəli Xan tam bir Rusiya işbirlikçisidir. Məhz bu keyfiyyətinə görə Sovet rejimi onu bizə milli qəhrəman, “Azərbaycanı birləşdirən dövlət adamı” kimi sırımışdır. Oğlu Şeyxəli Xanın adı isə bu gün də dərsliklərdə yoxdur. Çünki bu qəhrəman 1822’yə kimi əldə silah Ruslara qarşı mübarizə aparmışdır.

4.    önəmli məqam. Bölünmə faciəmizə yanaşmamız naqis oldu. Onillərlə bizə “Anamın kitabı” nağılını danışdılar. Azərbaycanı işğal etmək istəyən üç dövlət varmış, bunların arasında Rusiya “ən inkişaf etmişi idi”, ona görə Azərbaycan “pislər arasından ən yaxşısını” seçdi və “Rusiya ilə birləşdi.” Nəticə, Azərbaycan üçün İran və Türkiyə ən pis variantdır, onlardan uzaq durmalı, Rusiyadan öyrənməlidir. 


Bu zaman Osmanlının Azərbaycana münasibətdə aqtessiv işğalçılıq niyyətlərinin olması haqqında yalanlar uydurdular. Halbuki tam tərsi bir durum vardı. Azərbaycan xanlarının əksəriyyəti Sultan sarayına elçilər göndərir, təbəəliyə qəbul edilmələrini xahiş edirdilər. Ayrıntıları kitablarda var. Yalnız sədr-əzəm Koca Ragıp Paşanın məşhur fikrini xatırladaq; Osmanlı “dırnaqları sökülmüş aslan durumundadır”. Osmanlı dövləti bu zaman kəsimində siyasi gəlişmələrə qarışmamış, hadisələri izləməklə kifayətlənmişdir. Bu tarixdən çıxan ibrət dərsi: “Anamın kitabı”nda deyildiyi kimi İran, Türkiyə və Rusiya güc mərkəzlərindən eyni uzaqlıqda qala bilmərik. Türkiyə bu üçbucaqda ölkəmiz üçün  önəmli güvənlik faktorudur. 


Niyə birləşə bilmirik?


Birləşmə iki cür olur. Ya da iki mərhələdən keçir. 1. Mənəvi-kültürəl-dil-tarix şüuru sahəsində birlik; 2. Siyasi-territorial birlik.


1.    Milli birlik məsələləri, və ya millətin birliyi və diriliyi 


Adətən, torpaq, vətən bütünlüyündən, tək dövlət hədəfimizdən bəhs edirik. Bölünmə dedikdə Azərbaycanın iki böyük parçasının - Güney və Quzeyin bölünmüşlüyündən bəhs edirik. Amma və lakin milli birlik olmadan dövlət birliyi də olmaz. 

Üstəlik, 21. yüzildə internetin kommunikasiyanı asanlaşdırdığı, adiləşdirdiyi bir durumda millətimizin mənəvi-ideoloji birliyinin təmin edilməsi xəyal deyildir. Sərhədlər, məsafələr bu birliyə mane olmamalıdır.

Demək, məsələ milli birlik nədir sualına dirənir. Milli birlik necə qurulur? Başqa sözlə,  millət olmanın ön şərti – ortaq milli dəyərlər necə yaranır?

Bunun bircə yolu var, başqa millətlərin də keçdiyi bir yol: Milli kimlik problemlərinin çözülməsi, paylaşılan ortaq dəyərlərin fərdlərə yayılması! Demək, hərlənib-fırlanıb yenə millətin tək adı, ortaq tarix şüuru, millət qurucuları, tarixi qəhrəmanlar, milli günlər və simvollar, milli elit, dost-düşmən güclər... mövzusu üzərinə gəlirik. 


Bu sahələrdə durum bərbad deməsək də, heç qaneedici deyil deməliyik. Demək, milli birlik problemimizi çözmək üçün ilk növbədə ortaq dəyərlər sistemini – milli kimliyimizi formalaşdırmalıyıq.


2.     Dövlət birliyi

Son 30 ildə Azərnaycan Respublikası iqtidarının Güney Azərbaycan stratejisi olmayıb. İranla bir-təhər keçinmək, İranı qıcıqlandırmamaq xətti yeridilib. İranın sakit təcavüzünə əhəmiyyə verilməyib.

Keçən il durum dəyişdi. Prezident Əliyevin məlum bəyanatları yeni siyasət xəttinin başlandığı vədini verdi. Sözdə. İşdə də dəyişəcəkmi?

Güneyin Quzeyə ehtiyacı görünəndir.

Bəs Quzeyin Güneyə ehtiyacı varmı? Özü də necə?! 86 min kv km sahəsi, 10 milyon əhalisi, 47 mlrd milli gəliri ilə Azərbaycan Respublikası bu mürəkkəb geopolitik məkanda güvənliyini qorumaqda çətinlik çəkir. Ətrafdakı və uzaqdakı böyük güclər bu yağlı tikəni udmağa çalışıb, indi də çalışır. 

Sərhədlər uzun zaman açıq qaldı. “Araz bizi ayırdı” deyə zarıyan ziyalılarımız elliklə Güneyə yürüş etdimi? Yox. Bu, Bütöv Azərbaycan şüurunun aydınlar arasında belə hələ istədiyimiz səviyyədə olmamasının əlamətidir.

Akif Nağı: “Bütöv Azərbaycan fikri KGB”nin əməlidir.” Əcaba, bu adam dediyi yalanın fərqindədirmi?

Səfirliyə basqından sonra bir para zəvzək nədən Güney Azərbaycan kütləvi etiraz etmir, nədən bizi müdafiə etmir? deyə sosial mediyada haray-həşir saldı. Əcaba, onlar Güney Azərbaycanı nə vaxt tanıyacaqlar?


Sonda

Bütöv Azərbaycan düşüncəsi önəmli milli kimlik məsələsidir.

Bütöv Azərbaycan stratejisi önəmli milli güvənlik məsələsidir.

Bütöv Azərbaycan stratejisi Türk Dünyasının önəmli bütünləşmə/inteqrasiya məsələsidir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İxtilafları deyil, ittifaqları, kini deyil, sevgini gücləndirməliyik"

    "İxtilafları deyil, ittifaqları, kini deyil, ...

    29-04-2016, 01:35

  • 
  • "Özünüzü heç vaxt təmizə çıxara bilmərsiniz”

    "Özünüzü heç vaxt təmizə çıxara bilmərsiniz” ...

    6-01-2016, 19:33

  • 
  • Türk prezident İranı “sındırdı”: fars-molla rejimini təhqir edib ayağı altına qırmızı xalı sərdirdi

    Türk prezident İranı “sındırdı”: fars-molla ...

    8-04-2015, 16:40

  • 
  • Əli Kərimli hakimiyyətin bu siyasətini dəstəklədi

    Əli Kərimli hakimiyyətin bu siyasətini dəstəklədi ...

    4-01-2020, 23:24

  • 
  • Türk oldu azəri,  azərbaycanlı

    Türk oldu azəri, azərbaycanlı ...

    22-11-2016, 02:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu