GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Park Qusar”da 4 nəfəri kül edən yanğının səbəbi: “Gecə saat üç olardı...” - Mərhum Rüstəmin anası

“Park Qusar”da 4 nəfəri kül edən yanğının səbəbi: “Gecə saat üç olardı...” - Mərhum Rüstəmin anası

Tarix: 13-02-2023, 17:22 Bölmə :Cəmiyyət Baxış: 215

“Park Qusar”da 4 nəfəri kül edən yanğının səbəbi: “Gecə saat üç olardı...”

Yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən “Park Qusar” istiharət mərkəzində yanğın olması barədə məlumat vermişdik.

Hadisə nəticəsində 4 nəfər - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov yanaraq ölüb.
Yanğın zamanı 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.
Gundemxeber.az bildirir ki, Teleqraf.com-un əməkdaşı mərhum Rüstəm Dadaşovun ailəsində olub.
İki ailənin ocağını söndürən hadisə iki mərtəbəli kotecdə baş verib. Rüstəmin anası Olqa Dadaşova yanvarın 20-si istirahət məqsədilə 10 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə “Park Qusar” otelə getdiklərini deyir: “Gecə saat üç olardı. Yatan yatmışdı, qalan da öz otağına çəkilmişdi. Rüstəmin qaynanası Larisa ilə birinci mərtəbədə eyni otaqda qalmışdım. Rüstəmin oğlu Emil də zalda odun sobası (kamin) ilə üzbəüz yatmışdı. O, gecə yuxudan oyanıb görüb ki, tavan yanır. Nəvəm qaça-qaça gəlib bizi oyatdı ki, yanğın var.
Kotecin ikinci mərtəbəsində bir otaqda Rüstəmlə Natalya və qızları Kamilla, bir otaqda mərhumlar Eminlə Zülfiyyə və oğulları Rauf, başqa bir otaqda da Natalyanın qardaşı Denis qalırdılar. Olqa pilləkənlərlə yuxarı qalxmaq istəsə də alov, tüstü imkan vermədi. Qışqırdıq, Rüstəmi çağırdıq...
Gördük ki, yanğın aşağı doğru irəliləyir, məcbur çölə çıxdıq. Havası çatmadığı üçün qaldığı otağın pəncərəsini açan Emil də özünü birinci mərtəbədən aşağı atmışdı”.

İkinci mərtəbədə nə baş verib?

Olqa Dadaşova gəlini Natalyanın hadisə zamanı səs-küyə oyandığını deyir: “Kotec dağın ətəyində olduğu üçün pəncərə də dağ tərəfə düşür. Natalya Rüstəmi nə qədər çağırsa da, səs verməyib. O birinci qızını, sonra da özünü pəncərədən çölə atıb.
Denis də deyir ki, yataq otağında uzanıb telefona baxırmış. Səs-küy eşidib. Otağın qapısını açan kimi alov onun üzünə vurub və o, yerə yıxılıb. Denisin üzü, sinəsi, qolları yana-yana sürünərək otağındakı balaca eyvandan özünü aşağı atıb”.

Yanğına səbəb...

Sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə belə rəylər var ki, guya onlar içkili olublar, odun sobası (kamin) nəzarətsiz qalıb və sair. Müsahibimiz bu deyilənləri israrla təkzib edir: “Belə şey olmayıb. Həmin gün təkcə yerləşdiyimiz oteldə oturub qalmamışıq. Başqa restoranlara, istirahət və əyləncə mərkəzlərinə da getmişdik. Planlaşdırılmışdı ki, sabah da Qusarın başqa görməli yerlərinə gedək. Maşınları da idarə edənlər Eminlə Rüstəm idi. Əgər deyilən kimi olsaydı, onlar səhər yola necə çıxardılar?! Bu, anormal yanaşmadır. Onlar içkili olmayıblar.
Orada qaldığımız gecə saat 2-yə qədər oturub söhbət etdik, sonra sobanı söndürüb yatmağa getdik. Deyirlər ki, yanğına səbəb kamindən düşən köz olub. Əgər deyilən kimi olsaydı, onda yanğın niyə pərdələrdən yox, tavandan, birinci mərtəbədən deyil, ikinci mərtəbədən başlayıb?
İlk dəfə deyil ki, harasa istirahətə gedirik. Qışda iki-üç dəfə, yayda daha çox yerlərə dincəlməyə getmişik. Necə oldu ki, burada başımıza belə hadisə gəldi?..
Otelə daxil olduğumuz gün kombidə problem yaşandı. Otel personalı başqa kotecdən istilik sistemi çəkdi, yoxsa başqa kombimi quraşdırdı, bilmirəm, otaqları çətinliklə qızdırdılar. Yanğın birinci mərtəbədən başlamayıb. Taxta konstruksiyalı kotec bir anda alışdı...
Kamin yanılı olsa belə, orada yanğın barədə bildirişlərin avtomatik xəbərini verən siqnalizasiya qurğuları olmalıydı, olmaqdan əlavə də işləməliydi. Bu sistem oteldə yox idi. Birinci gün “Qusar Park”ın nümayəndəsi üzrxahlıq etməyə gəlmişdi. İradımızı onlara da bildirdik. Heç olmasa, gözətçilər olan otağa qədər daxili siqnalizasiya quraşdırardılar...”

Ətraflı


Olqa Dadaşova hələ də gəlini Natalya və qardaşı Denisin reanimasiyada olduğunu bildirib: “Gəlinimin səhhəti əvvəlki günə nisbətən yaxşı idi. Amma son iki gündür halı pisləşdi. Ciyərləri zədələnib, rahat nəfəs ala bilmirdi, baş-beyin travması alıb.

Natalya olub bitənləri təzəlikcə bildi. Onun halı pisləşdi, həkim müdaxilə etdi.

Bu faciədən sağ qalanların hamısı zədəlidir. Nəvələrim çox xəsarət almayıblar, amma travma yaşayıblar. Çalışırıq məktəbdən qalmasınlar. Bu faciədən bir həftə sonra, yanvarın 29-da Kamillanın 7 yaşı tamam oldu”.

Olqa Dadaşova deyir ki, oğlunun üçündə “Park Qusar” otelinin nümayəndələri də iştirak ediblər: “Denis 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində müalicə olunurdu. Sonra onu da bacısının müalicə olunduğu “Baku Medical Plaza”ya köçürdülər. Xəstəxana xərclərini də otel öz üzərinə götürüb”.

Gözüyaşlı ana hadisə ilə bağlı Qusar rayon prokurorluğunda cinayət işinin açıldığını deyir. O, məhkəmə prosesinin gedib-getmədiyindən məlumatsızdır.

“İki azyaşlı uşaq atasız qaldı, bir ailə isə tamamilə məhv oldu. Uşaqların anası 6 aylıq müqaviləylə SOCAR-da işləyir. Reanimasiyadan çıxmadan Natalyanın həyata adaptasiya olması, nə dərəcədə əmək qabiliyyətli olacağını demək mümkün deyil. Hər şey qaydasında getməsə, bu uşaqlara kim baxar, necə olar? Hər gün dua edirəm ki, uşaqların anası xəstəxanadan sağ çıxsın, əlil kimi qayıtmasın... Bir tərəfdə Kamillanın anası ağlayır, digər tərəfdə mən... Bu, faciədir. Hələ də şokdayıq. Həyat yoldaşım Ənvər də ötən il yanvarın 4-də rəhmətə gedib, oğlum da bu il yanvarın 22-də...”, -deyə Olqa Dadaşova bildirib.

Natalyanın anası Larisa Repina deyir ki, nəvələri ataların yoxluğunu qəbullana bilmir: “Emil bacısına deyir ki, atamız olmayacaq. Kamilla da cavab verir ki, yanğınsöndürənlər danışanda dedilər ki, ölən yoxdur. Sənə inanım, yoxsa yanğınsöndürən əmilərə?!

Axşam Kamilla atasının neçə yaşı olacağını soruşdu. Dedim ki, onun 50 yaşı olacaqdı. Sual verir ki, niyə olacaqdı deyirsən.

Eyvanda Rüstəmin kompüter masası vardı, bütün işlərini orada görərdi. Nəvələrimin dostları evə gələndə bu masanın kimin olduğunu soruşublar. Emil də deyib ki, burada atam işləyirdi. Kamilla atası haqda keçmiş zamanda danışmağı qəbullanmır. Etiraz edir ki, niyə “işləyirdi” deyirsiniz”.

Anası kədər içərisində Rüstəmin çox yaxşı oğul olduğunu deyir: “O, heç kəslə dava etməzdi. Bütün dostları, qonşular onun üçün çox üzüldü. Neçə ildir ailəli idi, amma bir dəfə də söz-söhbətlərini eşitmədim. Rüstəm Birinci Qarabağ əlilidir. O, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.
Mərhum Emin Babayevlə ailəvi dost idik. Onun həyat yoldaşı Zülfiyyə ilə Natalya qrup yoldaşı olub. Universiteti bitirdikdən sonra da əlaqələrini kəsməyiblər. Eminin oğlu Rauf ötən il 670 balla universitetə qəbul olmuşdu.
Yanvarın 22-si səhər tezdən oteldən çıxmağı planlaşdırmışdıq... Döndük, amma hər şey yarımçıq qaldı...”
Olqa Dadaşova hadisə baş verən gecə onlara yardım edənlərə təşəkkür etməyi də unutmadı: “Qusar rayonunun tibbi personalı çox effektiv işlər aparırdılar. Onlar Natalya, uşaqlarla, elə də bizimlə çox dərindən maraqlandılar. Yanğından sağ qalanlar çölə otel başmağında, gecə geyimində çıxmışdı. Ətraf koteclərdən yardıma gələn insanlar bizə öz paltarlarını verdilər. Onların hər birinə təşəkkürümüzü bildiririk”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabirabad rayonunda dəhşətli yanğın: 5 nəfərdən ibarət ailə yanaraq ölüb

    Sabirabad rayonunda dəhşətli yanğın: 5 nəfərdən ...

    16-12-2014, 11:33

  • 
  • Bakıda zavodda yanğın - 4 nəfər yaralandı

    Bakıda zavodda yanğın - 4 nəfər yaralandı ...

    3-10-2016, 23:08

  • 
  • Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi

    Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya ...

    5-09-2017, 10:58

  • 
  • Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu (SİYAHI)

    Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu ...

    10-05-2019, 16:50

  • 
  • 22 yaşlı gənc yanaraq öldü

    22 yaşlı gənc yanaraq öldü ...

    1-08-2013, 23:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu