Salyanda yanğın baş verib Bu gün Salyanda yanğın baş verib, nəticədə 22 yaşlı şəhər sakini yanaraq dünyasını dəyişib. Salyan YMH-dən APA-nin Mil-Muğan bürosuna verilən məlumata görə, yanğın bu gün saat 19.30 radələrində Salyan şəhəri, Taleh Davudzadə küçəsi, ev 74-də baş verib.
Yanğın Salyan şəhər sakini, 1960-cı il təvəllüdlü Samid Cəlil oğlu Kərimova məxsus 4 otaqdan ibarət 2 mərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğını saat 20.09-da söndürülüb. Hadisə zamanı evin ikinci mərtəbəsindəki yanar konstruksiyalar əşyalarla birlikdə yanıb.
Qeyd edək ki, hadisə zamanı ev sahibinin əlil oğlu, 1981-ci il təvəllüdlü Vahid Samid oğlu Kərimov da yanaraq dünyasını dəyişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?