Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda evlərin "bazarı bağlandı" - AKTUAL
Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda, xüsusilə paytaxt Bakıda hüdürmərtəbəli bina evlərinə tələbat azalıb.
Mənzil alqı-satqısı ilə məşğul olan agentlik nümayəndələrinin bildirdiyinə görə, bir neçə gün əvvəl ev almaq üçün müraciət edənlər hələ gözləmə mövqeyindədirlər. Alıcılar bunu həm də hökumətin yeni tikilərdə yoxlamaların aparılması ilə bağlı açıqlaması ilə əlaqələndiriblər.
Xatırladaq ki, bir neçə gün öncə Gununsesi.info hökumətdəki mənbələrə istnadən Azərbaycanda inşa olunan çoxmərtəbəli yaşayış binalarının ekspertizasının aparılacağı haqqında məlumat yayıb.
Bildirilir ki, Baş nazir Əli Əsədovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar Bakı şəhərində inşa olunmuş yaşayış binalarının zəlzələyə davamlılığı və yerləşdiyi ərazidəki seysmik durumu araşdıracaq.
Gundemxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya danışan “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, ev bazarındakı durğunluq həm də psixoloji təsirlərdən qaynaqlanır:
“Ev bazarında sakitçilikdir, burada psixoloji faktor var. İnsanlar hələlik hadisələrin sonunadək gözləmə mövqeyinə keçirlər. 2000-ci ildə Bakıda da 6.8 bal gücündə zəlzələ olanda belə olmuşdu. İnsanlar təxminən 2-3 ay gözləmə mövqeyini seçmişdilər. Sonra isə bazarda canlanma oldu. İndi də də həmin vəziyyətdi, yəqin ki, bir müddət vəziyyət belə olacaq”.
Ekspert hökumətin yenitikili binaların yoxlaması məsələsinə də münasibət bildirib:
“Bu proses çox çəkə bilər. Təkcə Bakı şəhərində iki minə yaxın yeni tikililər var. Onun da hər birini yoxlamaq uzun zaman alacaq”.
Gundemxeber.az
28-03-2017, 23:10
9-08-2017, 11:48
25-12-2016, 20:58
13-08-2016, 10:45
25-08-2017, 12:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?