Gundemxeber.az » Ölkə » Cəmiyyət » BU NƏDİ BELƏ: ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?
Bir neçə gün öncə Azərbaycanda ali məktəblərdə, kolleclərdə "Yüksək vəzifəli qohumlarına görə prorektor olanlar...” başlığı ilə yazı dərc etmişdik.
Gundemxeber.az bildirir ki, qaynarinfo sözügedən məsələnin aktuallığını nəzərə alaraq, prorektorların işlədiyi universitetlərdə öz qohum-əqrabalarının da çalışmasını araşdırırıb.
Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da - Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir.
Samir Əliyev 1998-2001-ci ildə Bakı Dövlət Universitetini "Hüquqşünaslıq, Cinayət hüququ cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası ixtisası" üzrə bitirib. 2005-ci ildən ATU-nun İctimai fənlər kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Orxan Əliyev 2003-2008-ci ildə ATU-nun Stomatologiya fakültəsini bitirib. Elə həmin ildən başlayaraq 2014-cü ilə kimi universitetin Ortopedik stomatologiya kafedrasında Baş laborant, hazırda isə assistant vəzifəsində çalışır.
Bir ailədən üç nəfərin dövlət müəssisəsində - biri rəhbər şəxs, digərləri isə işçisi kimi çalışmasına qanun yol verirmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan təhsil eksperti Kamran Əliyev bunun birmənalı olaraq yolverilməz olduğunu deyib:
"Korrupsiya haqqında qanuna baxsaq görərik ki, hər hansı bir təşkilatın, müəssisənin qərarverci səlahiyyətli şəxslərinin tabeçiliyindəki qurumlarda qohumları işləməməlidir. Prorektor qərar qəbul etmək səlahiyyətinə malik olan şəxisdir. Demək ki, siz qohumlarınızla bağlı müsbət qərar, hərəkət və yaxud hərəkətsizlik göstərə bilərsiz. Bu, birmənalı belədir. Düzdür, digər qanunlarda bu məhdudiyyət yoxdur. Amma bir qanunda bu hal göstərilirsə, bəs edir. Kamran Əliyev Baş prokuror təyin olunanda kürəkəni, Səbail rayon prokurorunun müavini Orxan Nuriyev başqa işə keçməklə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verildi. Bu isə bir nümunədir”.
Qeyd edək ki, Sabiq Əliyev 2001-ci ildən ATU-nun prorektoru vəzifəsində çalışır. Daha doğrusu, 2001-ci ilin may ayından universitetin tədris işləri üzrə prorektoru, 2015-ci ildən isə tədris və müalicə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
GUNDEMXEBER.AZ
18-09-2019, 12:55
15-03-2021, 15:54
15-03-2021, 16:30
11-02-2016, 21:29
13-11-2013, 13:01
Sorğu
Yeni dizaynımız necədir?