Azərbaycan vətəndaşı Mircavad Salahov İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.
Məlumatda deyilir ki, Mircavad Salahov Suriyanın Raqqa şəhərində İŞİD terror təşkilatının sıralarına qoşularaq, xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib.
“Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə, onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib. O, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib”, DTX bildirir.
Məlumatda bildirilir ki, Mircavad Salahov İŞİD terror təşkilatına qardaşı Mircəlal Salahov tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.
Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Bununla yanşı, həbs edilən şəxslərin yaxınları və vəkilləri DTX-nin məlumatına hələ münasibət bildirməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?