Gundemxeber.az » Ölkə » Cəmiyyət » AZƏRTAC-ın işdən çıxarılan əməkdaşı intihara cəhd etdi – Vəziyyəti ağırdır
İşdən qanunsuz çıxarıldığını bildirən jurnalist, AZƏRTAC dövlət agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib.
GUNDEMXEBER.AZ-ın xəbərinə görə, o, çoxlu sayda dərman içib və təcili şəkildə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Jurnalistin həyat yoldaşı isə onun zəhərli maddə qəbul etdiyni deyib.
Mərkəzdən Pressklub.az-a verilən məlumata görə, Aygün Əliyevanın vəziyyəti stabil ağırdır. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Facebook-da tənqidi status yazdığına görə bir müddət əvvəl AZƏRTAC-ın keçmiş rəhbəri Aslan Aslanov tərəfindən işdən çıxarılan jurnalist Aygün Əliyeva hüquqlarını məhkəmə müstəvisində bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.
GUNDEMXEBER.AZ
22-12-2017, 12:43
18-12-2015, 00:35
15-09-2017, 11:16
14-10-2015, 22:03
30-08-2017, 18:04
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?