Xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qoyulmuş qadağaya görə, bu gün Apellyasiya Məhkəməsinə müraciət edib.
Bu sözləri qafqazinfo-ya müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov deyib. O bildirib ki, xalq artisti məhkəmənin çıxardığı qadağa ilə razılaşmır:
"Aygün Kazımova məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün ölkədən çıxmağına qoyulmuş qadağa ilə bu gün səhər saatlarında apellyasiyaya şikayət ərizəsi verib. Lakin bu şikayət qətnamənin icrasının məcburiyyətinə təsir etmir. O, məhkəmə qərarının qüvvəyə minməməsindən istifadə edib, şikayət edib. O qədər tələsib ki, hüquq prosedurunu pozub. Belə hərəkətlər məhkəmə qərarının icrasına mane ola bilməz".
Natavan Həbibi isə bu gün Azərbaycanı tərk edib. Şimali Qafqaza üz tutan müğənni bildirib ki, qayıtdıqdan sonra yeni mahnılarını təqdim edəcək.
Sorğu
Yeni dizaynımız necədir?