Cənub Plainsin bəzi hissələrində yaralıların sayı hesablanıb. Bazar ertəsi tornadolar və güclü küləklər keçdikdən sonra dəymiş ziyan araşdırılır. Bəzi Miçiqan sakinləri isə keçən həftəki buz fırtınasından sonra ardıcıl beşinci gün elektriksiz qalıb.
Kaliforniyada Milli Hava Xidməti sakinlərin ağır hava şəraitinin qısa fasilədən sonra fırtına sistemləri ilə çərşənbə gününə qədər ştata axınının davam edəcəyini bildirib.
Şimal-şərq bölgələrinin bu qış az qar yağan hissələri qış fırtınası xəbərdarlığı altındadır. Sinoptiklər Plainsin bəzi yerlərində davam edəcək güclü küləklər və Ohayo vadisində tufan və tornadolar barədə xəbərdarlıq edib.
Oklahoma ştatının Norman şəhərinin polisi bazar günü gecə Oklahoma Sitidən təxminən 20 mil (32 kilometr) cənubda şəhərin bəzi hissələrinə fırtınanın vurduğu ziyana cavab verib. Rəsmilər orada hava şəraiti ilə bağlı 12 təsdiqlənmiş xəsarətlərin olduğunu, onların heç birinin vəziyyətinin kritik hesab edilmədiyini bildirib.
Ekipajlar zədələnmiş əraziyə baş çəkərək, yaralı ola biləcək insanları axtarırb. Oklahomada ağacların yıxılması, elektrik xətlərinin kəsilməsi, yolların bağlanması və Norman və Şauni ətrafındakı evlərə ziyan vurması ilə nəticələnən tornado küləklərinin sürətinin 144 km/saat olduğu bildirilir.
KSNW-TV-nin məlumatına görə, bazar günü Kanzas ştatının Liberal şəhəri yaxınlığında tornado baş verib və ondan çox evə ziyan dəyib. Verilən məlumata görə, bir nəfər yüngül xəsarət alıb.
Kanzas, Oklahoma və Texasın şimal-qərbində doqquz tornado barədə məlumat verilib.
Meteoroloji xidmət qrupları tornadoların gücünü müəyyən etmək üçün bazar ertəsi fırtınanın zərərini araşdırmağı planlaşdırır. Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, şiddətli hava təhlükəsi bazar ertəsi günü də davam edib, Fufanların Ohayo vadisi boyunca dağıdıcı küləklərə səbəb olacağı gözlənilir.
Mərkəz bildirib ki, ən azı bir neçə tornado, xüsusən də bazar ertəsi günortadan sonra Ohayo ştatında olub.
Hava xidməti bazar ertəsi Kanzas və Missuri ştatlarında güclü küləklər əsəcəyini, küləyin sürətinin saatda 96 km-ə çatacağını proqnozlaşdırıb.
Cənub Nyu İnqlandda mülayim bir qış mğvsümündə əhəmiyyətli qar yağacaq.
Qış fırtınası xəbərdarlığı Konnektikut, Nyu-York, Massaçusets, Nyu-Cersi və Rod-Aylend daxil olmaqla, şimal-şərq bölgələri əhatə edib. Bazar ertəsi axşamdan çərşənbə axşamı günortaya kimi güclü qar proqnozu verilib.
Meteoroloji xidmətə görə, Bostona 5 düym, Massaçusetsdə, Konnektikutun şimal-qərbində və Vermontun cənubunda 10 düyma qədər qar yağa bilər. Miçiqanda elektrik enerjisinin bərpası işlərini davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?