Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hacı Şahinin məzarına GECƏ ZİYARƏTİ
Dünyadan köçən əzizlərinin məzarlarını gecələr ziyarət edən insanların sayı son vaxtlar xeyli artıb. Ötən həftə dünyasını dəyişən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin timsalında bu tendensiya özünü daha qabarıq formada göstərir. 44 günlük Vətən Müharibəsindən sonra bəzi şəhid ailələrinin də öz əzizlərinin məzarını gecələr ziyarət etdiyini görürük.
İnsanların dünyadan köçən ailə üzvlərinin, yaxınlarının qəbirlərini gecələr ziyarət etməsi doğrudurmu? İslamda bununla bağlı hər hansı qadağa, yaxud tövsiyə varmı?
Gundemxeber.az-ın məlumatına görə, ilahiyyatçı Mircəfər Qurbanov mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, gecələr qəbirstanlığı ziyarət etmək çox da bəyənilmir:
“Deyə bilmərik ki, günahdır, çünki dini baxımdan belə bir qadağa yoxdur. Mənim fikrimcə, gündüzlər ziyarət etmək daha yaxşı olar”.
İlahiyyatçı Müşviq Əskərov da eyni fikirləri bölüşüb:
“Qəbirstanlığı ziyarət etmək üçün ən gözəl günlər 4-cü və 5-ci günlərdir. Gecələr məzarları ziyarət etmək uyğun deyil. İnsan gecə qəbiristanlığı ziyarət etdiyi zaman həyəcan, stress keçirə bilər. Nadir hallarda gecə ziyarət etmək olar. Ola bilsin ki, adam sübh çağı səfərə çıxacaq, yəni, səhərin açılmasını gözləyə bilmir. Belə olan halda məcburiyyət qarşısında qalıb gecə məzarlığa getmək olar. O da mümkündür ki, qəbiristanlıq Avropa ölkələrində oldiğu kimi yaxşı işıqlandırılıb. Yəni, o məkanda gecə ilə gündüzün fərqi yoxdur, məzar ziyarəti hər hansı psixoloji narahatlıq yaratmır. Azərbaycanda isə bu, mümkün deyil. Buna görə də qəbiristanlığın gündüz ziyarət olunması daha məqsədəuyğundur”.
Gundemxeber.az
12-12-2014, 11:06
20-01-2018, 11:12
12-11-2013, 12:03
18-04-2018, 12:10
12-12-2018, 11:12
Sorğu
Yeni dizaynımız necədir?