GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fərid Səfərli problemi - İŞİD-lik edən İran rejimi, əcnəbi ovuna çıxan Tehran - ŞƏRH

Fərid Səfərli problemi - İŞİD-lik edən İran rejimi, əcnəbi ovuna çıxan Tehran - ŞƏRH

Tarix: 10-03-2023, 14:49 Bölmə :Cəmiyyət Baxış: 192


İran yiyəsiz ölkədir? Xeyr, bu ölkənin bütün sərhədləri mövcud rejimin güc strukturları tərəfindən qorunur. Onun təhlükəsizlik xidməti az qala hər gün neçə-neçə xarici ölkə casuslarının tutduğunu bildirir. İran sabit, ya riskli ölkədir? Tehran rejimi xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edə bilirmi? Bax, İran hakimiyyəti ilə bağlı çoxsaylı müəmmalı məsələlərlə yanaşı bu suaların cavabı birmənalı deyil.

Bu günlərdə İran Daxili İşlər Nazirliyinin rəsmisi universitet tələbələri ilə görüş keçirirdi. Tələbələrdən biri ona məktəbli və tələbə qızlar arasında zəhərlənmə ilə bağlı sual verdi. Dövlət məmuru gəncə cavab verməkdə çətinlik çəkdi. Onda tələbə ona təxminə belə dedi: “Siz deyirsiz ki, bu, xarici ölkələrin əməlidir. O zaman siz nə iş görürsüz? Ya təhlükəsizliyi təmin edin, ya da bacara bilmədiyiniz üçün çıxın gedin”. (Sual vermiş tələbənin dediklərindən sonrakı aqibəti barədə məlumat yoxdur...)

Zəhərlənmələr, hicaba görə qətllər İran hakimiyyətinin 88 milyon insanı girov götürdüyündən xəbər verir. Belə görünür, öz əhalisi azlıq etdiyi üçün rejim əcnəbiləri də saxlayır... İllər öncə İran hakimiyyəti girovları ölkəsinə vermək üçün onların alveri ilə məşğul idi. Həmin vaxt bu, ölkə iqtisadiyyatını dirçəltmək yollarından biri sayılırdı.

Son etiraz aksiyaları zaman İran rejimi 14 ölkənin 50-dən çox vətəndaşını həbs edib. İran bu cəhətinə görə də riskli təhlükəsizliyə təminat verə bilməyən ölkəyə çevrilib.

Bir müddət əvvəl İranın Hava Səyahətləri və Turizm Xidmətləri İdarəsi Həmkarlar İttifaqının rəhbəri Hörmətullah Rəfii bildirmişdi ki, xarici turistlərin İrana səfərlərinin 90 faizini ləğv edib. Onun sözlərinə görə, İran vətəndaşlarının da xaricə səyahətləri 50 faizdən çox azalıb.

Bu, onu göstərir ki, Tehran rejimi tələbə və məktəbli qızların zəhərlənməsi nümunəsində ölkə vətəndaşları, əcnəbilər və region dövlətlər üçün günü-gündən daha da dözülməz hala gəlir. Bu ölkədə xarici ölkə vətəndaşlarının “itkin” düşməsi adiləşir.

Hadisələrin gedişi dəfələrlə sübut edib ki, İranda itkin düşmüş sayılan əcnəbi ölkə vətəndaşlarının hamısından hakimiyyətin məlumatı olur. Başqa sözlə orada insan oğurluğu ilə də Tehran rejimi məşğuldur, yaxud ən azından xəbəri var.

Azərbaycan Respublikası vətəndaşları ilə bağlı eyni hadisələrin törədilməsinə görə də məsuliyyəti İrandakı rejim daşıyır. Beynəlxalq qanunlara görə, səyahət edilən dövlət ziyarətçilərin təhlükəsizliyinə məsuliyyət daşıyır.

Azərbaycan vətəndaşları ilə bağlı məlum bir neçə hadisəni xatırlatmaq istərdik.

Bir neçə il əvvəl fizik Rəşid Əliyev İranda qanunsuz olaraq saxlanılmışdı. O kimdir? BDU-da kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanınan R.Əliyev bir çox elmi məqalə, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. R.Əliyev 1992-ci ilin mayında elmi fəaliyyətini dayandıraraq 38 yaşında orduya yollanıb və 1999-cu ilədək döyüşdüyü hərbi hissədə rabitə rəisi vəzifəsində çalışıb, hərbi hissənin rabitə sistemini yaradaraq kadrlar hazırlayıb. O, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır.

Tehran rejimi onu bir il bir ay qanunsuz olaraq saxladı. Azərbaycan hakimiyyəti və ictimaiyyətinin etirazı nəticəsində Rəşid Əliyev Vətənə qayıda bildi. İranın uyğun dairələri onu “viza rejimini pozmaqda” ittiham edirdi.

Dünya Azərbaycanlıları Konqresinin o vaxtkı İdarə Heyətinin üzvü, DAK Əlaqələndirmə Şurasının keçmiş icraçı direktoru, fəlsəfə elmləri doktoru Eliza İsmayılova 2010-cu ilin sentyabrında Təbrizdə ETTELAAT tərəfindən oğurlanmışdı. Uzun sürən danışıqlardan sonra o sərbəst buraxıldı.

Həmin hadisədən təxminən iki il sonra Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Gerani də Təbrizdə saxlanıldı. Onlar bu ölkəyə səfərləri zamanı mülki geyimli şəxslər tərəfindən həbs olunmuşdular. İran rejiminə bağlı saytlar onları “narkotik qaçaqmalçılığı və casusluqda”, İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda da ittiham edirdilər. Halbuki Fərid Hüseyn və Şəhriyar Del Gerani İrana poeziya festivalında iştirak etmək üçün gedibmiş.

Ötən gün isə Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərlinin İranda “itkin düşdüyü” barədə xəbər yayılıb. Belə ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə gedib. Ailəsi martın 4-dən ondan xəbər ala bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyi də mövzu ilə bağlı açıqlama verib. Nazirlik İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb.

İran hakimiyyəti bütün hallarda hələ ölkə ərazisinə nəzarət etmək gücündədir. Rejim ölkə qapısından daxil olan istənilən xarici ölkə vətəndaşını qəbul edə bilir. Azərbaycanla İran arasında mövcud böhranlı vəziyyəti belə xoşagəlməz hadisə daha da gərginləşdirir. Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə onsuz da azalan etibarına mənfi təsir göstərir. Fərid Səfərlinin tapılıb Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləyər. İnsan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terrorçuya, cinayətkara xasdır.

Terrorçu İŞİD, “Taliban”, “Əl-Qaidə”, “Boko Haram” büdcəsini formalaşdırmaq üçün bir qayda olaraq bu üsuldan istifadə edib. Yoxsa, Tehran rejimi də o günə qalıb?!


Sədrədddin İsmayılov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

    Kərbəlada İran konsulluğuna hücum - Tehran nota ...

    10-05-2021, 13:28

  • 
  • Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

    Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda ...

    20-08-2019, 11:03

  • 
  • Tehran rəsmisi: “İran raket sənayesindən əl çəkməyəcək”

    Tehran rəsmisi: “İran raket sənayesindən əl ...

    15-02-2017, 00:42

  • 
  • Tehran rejimi ağlını itirib

    Tehran rejimi ağlını itirib ...

    10-04-2013, 10:28

  • 
  • İŞİD İran sərhədində

    İŞİD İran sərhədində ...

    5-02-2015, 01:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu