GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ət də bahalaşıb, balıq da: “…bayram bəhanədir”

Ət də bahalaşıb, balıq da: “…bayram bəhanədir”

Tarix: 15-03-2023, 12:53 Bölmə :Cəmiyyət Baxış: 178


Novruz bayramı (martın 21-i) ərəfəsində rayonların mərkəzi bazarlarında mal əti və balığın bahalaşdığı müşahidə olunur. Mal ətinin 1 kiloqramı son iki həftədə 11 manatdan 12-13 manata qalxıb. 1 kiloqramlıq kütüm balığının qiyməti isə əvvəlki aylara nisbətən təqribən 5 manat bahalaşaraq 20-25 manat olub.

“Dəniz kənarında yaşayırıq, balığa həsrətik”

Lənkəran bazarında bir müştəri deyirdi ki, ət və balıq bahalaşdığından heç birini ala bilməyib: “Adətə görə, bayram süfrəsində kütüm balığı olmalıdır. Dəniz kənarında yaşayırıq, balığa həsrətik. Bayramda həmişə qiyməti qaldırırlar. Ala bilmədim, ətə yaxın düşmək olmur. Bir az göy-göyərti almışam. Hər yerdə qiyməti qaldırıblar. Bayramdan sonra da qiymət düşməyəcək. Bayram bəhanədir”.

“Balıq onlarla maneələrdən sonra bazara çıxır”

Balıq satışı ilə məşğul olan bir nəfərin dediyinə görə, bir həftə bundan əvvəl balığın qiyməti daha yuxarı olub: “İndi qiymət bir az düşüb. Balıqçının xərci çox çıxır. Ov alətlərinin qiyməti bahadır. Bu balıq onlarla maneələrdən sonra gəlib bazara çıxır. Amma dənizdə balıq var. Keçən ilə nisbətən qiymət yaxşıdır”.

Astara rayonunun mərkəzi bazarında adının çəkilməsini istəməyən qəssabın sözlərinə görə, ətin bahalaşması onlardan asılı deyil: “Biz əhalidən ətin 1 kiloqramını 10 manat alıb 11 manata satırdıq. İndi bizə 11 manatdan verirlər. Biz də məcbur olub 1 manat üstünə qoyuruq. Kələ əti 13 manat, qoyun əti 14 manatadır. Bakıda ətin qiyməti qalxanda bizdə qalxmamışdı. Orada ət bizə nisbətən bahadır. Kələ yoxdur. Ən çox kələ əti istəyirlər. Bazarda dörd yerdə ət satırlar, bu gün cəmi bir yerdə təzə ət var. Ət bahalaşdıqca əhali ala bilmir. Qiymət məsələsi bizlik deyil”.

“Vəzifə sahibləri örüş yerlərini ələ keçirdiblər”

Heyvandarlıqla məşğul olan Astara rayonu Seləkəran kənd sakini Mikayıl Əhmədov ətin bahalaşmasının səbəblərini belə izah edir: “Vəzifə sahibləri örüş yerlərini ələ keçirdiblər. Otunu biçib satırlar, örüş yerlərində ev tikiblər. Digər səbəb isə otun bahalaşmasıdır. Otun bir bağlaması 5-6 manatadır. Əvvəllər həmin otun bir bağlamasını 2-3 manata alırdıq. 15 kiloqramlıq kəpək kisəsi 7 manatadır, onu alırdıq 3-4 manata. Arpanın 1 kiloqramı 60 qəpikdir. Ətlik heyvanı 300 kiloqrama çatdırmaq üçün bir neçə il qulluq edilməlidir. Əvvəllər 30 baş mal saxlayırdım, indi 10 baş malı saxlaya bilmirəm”.

Sahibkarin sözlərinə görə, ətin bu qiyməti son hədd deyil: “Belə getsə, ətin qiyməti hələ qalxacaq, 1 kiloqramı 20 manata olacaq. Hər kəs ət ala bilməyəcək. Əhalinin vəziyyəti də yaxşı deyil. Ailə tanıyıram dillərinə aylarla ət dəymir”.

“Yanacaq baha, gübrə baha…”

O, indiki vəziyyəti ötən illə müqayisə edir: “Qazancı var idi. İndi mal saxlayanın qazancı cüzidir. Bunlar biri- birinə bağlıdır. Heyvandarlıq üçün əkin sahələri olmalıdır. Qarğıdalı, arpa əkib mala verməlidirlər. Yanacaq baha, dərmanlar baha, gübrə baha, hər şey bahadır”.

“İndi kəndlərdə inək saxlayanı barmaqla göstərirlər”

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisi isə mal ətinin qiymətinin qalxmasının bir səbəbini də xarici amildə görür: “Əvvəllər Rusiyadan, Ukraynadan ət gələrdi. Bu ölkələrdən cins inək gətirirdilər. Həmin ölkələrdə indi müharibədir. Yem yox dərəcəsindədir. Belə şəraitdə sahibkar mal saxlaya bilmir, kəsib satır. Nəticədə rayonlarda inəklərin sayı azalır. İndi kəndlərdə inək saxlayanı barmaqla göstərirlər. Heyvandarlıq həmişə çətin sahə olub. Kəndlərdə mal-qaranı əkilməmiş sahələrin hesabına saxlayırlar. Kifayət qədər örüş yerləri yoxdur”.

“Azərbaycanda yem zavodları çoxdur”

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə şikayətlərlə, əsasən, razılaşmır: “Azərbaycanda yem zavodları çoxdur. Ot bahalaşdığına görə ətin qiyməti də bahalaşır. İndi tədarük edilmiş otun tükənən vaxtıdır. Bir azdan yaşıl ot qalxacaq, yem problemi aradan götürüləcək. Mal-qaranın sayının azalması söhbəti yoxdur. Əksinə, mal-qaranın sayı artır”.

Balıqçıların şikayətləri ilə isə bağlı aidiyyəti qurumlarla danışmaq mümkün olmayıb.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda mal əti ucuzlaşdı

    Azərbaycanda mal əti ucuzlaşdı ...

    5-11-2017, 23:34

  • 
  • Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb

    Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb ...

    17-07-2018, 21:12

  • 
  • Ət niyə bahalaşdı? — SƏBƏB

    Ət niyə bahalaşdı? — SƏBƏB ...

    13-07-2017, 22:12

  • 
  • Yarasa-balıq peyda oldu

    Yarasa-balıq peyda oldu ...

    22-10-2013, 22:38

  • 
  • Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?

    Balıq mövsümü başladı; təzə balığı necə tanımalı? ...

    6-10-2016, 11:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu