Gundemxeber.az » Ölkə » Cəmiyyət » 5 günlük şirkət İcra Hakimiyyətinin 267 minlik tenderini necə udur? – Müəmma
İcra Hakimiyyəti tender müsabiqəsini bu ilin yanvar ayının 25-də elan edib...
Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "All The Trıfles" MMC (VÖEN- 1102747751) olub.
Qalib şirkət İcra Hakimiyyətinə 266 min 742 manat 54 qəpik dəyərində tikinti materialları satacaq.
Məlumat üçün bildirək ki, İcra Hakimiyyəti tender müsabiqəsini bu ilin yanvar ayının 25-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan "All The Trıfles" MMC tender elanından cəmi 5 gün sonra – 30.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Tender elanından cəmi 5 gün sonra yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ŞTQ, Puta qəs. ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur./YENİAVAZ.COM
15-04-2021, 17:47
20-07-2022, 15:26
23-08-2022, 15:56
11-05-2022, 16:05
5-11-2021, 14:57
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?