Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rüfət Səfərov hücuma məruz qaldığını deyir
Bakıda “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərova martın 15-də axşam saatlarında hücum olduğu bildirilir.
Gundemxeber.az bildirir ki, Səfərovun özünün AzadlıqRadiosuna deməsinə görə, o saat 20:00 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində maşınına əyləşərkən tanımadığı bir şəxsin hücumuna məruz qalıb:
“Uzun müddətdir ki, evimin yanında eyni yerdə maşınımı saxlayıram və heç bir problem yaşanmır. Buna görə də orada avtomobillərin dayanacaq məsələsinə baxan bir nəfərə ödəniş də edirəm. Bugün, martın 15-i, axşam maşına əyləşərkən uzaqdan mənə tərəfə gələn bir nəfəri gördüm. O mənə yaxınlaşaraq kobud ifadələrlə “nə vaxtdan burada maşın saxlamısan, qazilərin yerini tutmusan” dedi”.
Hüquq müdafiəçinin sözlərinə görə, bundan sonra həmin şəxs onun qoluna girib və harasa dartmağa başlayıb:
“Mən onun qolundan çıxan kimi, mənə başı ilə zərbə endirdi. Başımda papaq olmasaydı, mənə əməlli-başlı xəsarət yetirərdi. Bundan sonra mən ona heç bir qarşılıq vermədən, onun əlindən çıxıb maşına əyləşə bildim və polisə məlumat verdim”.
Səfərov hesab edir ki, təxribatla üzləşib:
“Buna hüquqi qiymətin verilməsi və bunun araşdırılması artıq hüquq-mühafizə orqanlarının üzərinə düşür”.
Hüquq müdafiəçisinin söylədikləri ilə bağlı Daxili İşlər Nazirliyindən isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, məsələdən xəbərdardırlar və bununla bağlı məlumat veriləcək.
GUNDEMXEBER.AZ
22-09-2017, 13:28
19-03-2018, 11:49
30-03-2017, 13:27
13-10-2016, 22:34
15-09-2016, 12:03
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?