GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Laçın yolunda aksiya: Udan kim, uduzan kim?

Laçın yolunda aksiya: Udan kim, uduzan kim?

Tarix: 24-03-2023, 10:56 Bölmə :Cəmiyyət Baxış: 192


Azərbaycan vətəndaşlarının Laçın-Xankəndi yolunda keçirdikləri aksiya 100 gündən çoxdur davam edir. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

Ermənistan tərəfi isə Azərbaycanı bununla Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Hətta bu məsələyə ötən ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) də baxılıb. Dekabrın 21-də AİHM Laçın dəhlizi ilə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub. Məhkəmə Azərbaycanın tibbi yardıma ehtiyacı olan ağır xəstələrin dəhlizdən Ermənistana aparılmasının təmin olunmasından ötrü gərəkən bütün tədbirləri görməsini istəyir. Qərarda həmçinin, yolda sığınacaqsız qalmış, yaxud yaşam üçün vasitələrə ehtiyacı olanların təhlükəsiz keçidinin təmin edilməsi öhdəliyi qoyulub.

Prezident İlham Əliyev isə yanvarda yerli telekanallara müsahibəsində bildirmişdi ki, məqsəd blokada deyil və tələblər tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq”.

Azərbaycan rəsmiləri bu ayın ortalarında isə deyiblər ki, dekabr 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə yoldan 4 mindən artıq nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan 150-dən çox şəxs keçib.

Bəs bu aksiya nə qədər davam edəcək? Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a bildirib ki, ekofəalların aksiya keçirmələrinə konkret səbəbləri və motivləri var: “Bu aksiyanın başlamasına gətirib çıxaran səbəblər qismən aradan qaldırılıb. Nəticələr də var. Məhz bu aksiyanın birbaşa təsiri nəticəsində Azərbaycanın təbii ehtiyatlarının talan edilməsi, ekoloji terror siyasəti dayandırıldı və həmin yataqların istismarı dayanmış oldu”.

Deputatın sözlərinə görə, Azərbaycanın müvafiq dövlət qurumları yataqlarda monitorinq keçirmək istəyib, amma ona mane olan əsas tərəf separatçı qurumun “baş naziri” Ruben Vardanyan olub: “Vardanyan dedi ki, danışıqları mənimlə aparmalısınız. Bu isə qəbuledilməz idi”.

Nəsirovun deməsinə görə, “prezidentin prinsipial mövqeyinin və ekofəalların aksiyasının birbaşa nəticəsidir ki, Vardanyan istefaya göndərildi”.

O vurğulayıb ki, hazırkı hədəf monitorinqin təmin olunması, vurulmuş ziyanın hesablanması və qarşı tərəfə təqdim edilməsidir: “Bu hədəfə çatana qədər də aksiyanın davam etməsi istisna deyil”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan iqtidarı bu aksiya ilə heç nəyə nail ola bilməyib: “Bu aksiya hətta tam əks effekt verdi. Avropa Parlamentinin qətnaməsində bu aksiya qınanıldı, Azərbaycan Qarabağda yaşayan ermənilərin nəfəsliyini kəsən tərəf kimi qeyd olundu. Həmçinin Avropanın ayrı-ayrı ölkələri bununla bağlı bəyanatlar verdilər, BMT-də bu məsələ ilə bağlı mövqe sərgiləndi. Dünya ictimaiyyəti bunu müsbət qarşılamadı və bu tamamilə Azərbaycanın əleyhinə yönəldi”.

Politoloqun fikrincə, ikinci qazanan tərəf Rusiyadır: “Çünki Rusiyanın bölgədə istəyi həmişə o olub ki, xalqlar arasında dostluq olmasın. Dostluq olacaqsa da, yalnız onun moderatorluğu altında olsun”.

Siyasi şərhçi Ərəstun Oruclu düşünür ki, Laçın-Xankəndi yolunda etirazlar yumşaq güc aksiyasıdır: “Əslində Azərbaycan bununla mesaj vermiş oldu ki, mən prosesləri öz nəzarətimə qaytarmağa çalışıram, bunun üçün də əlimdə müəyyən resurs var. Xoşbəxtlikdən də antiterror əməliyyatı, hərbi aksiyalara deyil, yumşaq güc aksiyasına üstünlük verildi”.

Amma onun sözlərinə görə, eyni tələblərlə aksiyanın 100 gündən çox davam etməsi müəyyən neqativ effektlər doğurub: “Onlardan biri də beynəlxalq aləmdə Qarabağ ermənilərin blokadaya alınması kimi rəy yaradıldı. Əlbəttə ki, 100 gün Qarabağ erməniləri blokadada qalsaydılar, orada çox ciddi humanitar böhran yaranmış olardı və bu, reallıqdan çox uzaq iddiadır. Amma bu təbliğat Azərbaycanın ziyanına işlədi. Azərbaycan bu məsələnin informasiya təminatını reallaşdıra bilmədi”.

Politoloqun fikrincə, mənfi tərəflərdən biri də budur ki, aksiya Qarabağ ermənilərini Rusiya sülhməramlılarına bir qədər də yaxınlaşdırdı: “Ruslar Qarabağ ermənilərinə göstərdilər ki, biz olmasaq, Azərbaycan sizi blokada ilə boğar. Bu mənada bu, Rusiyanın maraqlarını təmin etmiş oldu”.

O hesab edir ki, Azərbaycanın bu aksiyadan qazancları olsa da, itkiləri daha çox oldu.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Məhkəməsi azərbaycanlıların Ermənistana qarşı iddiasına baxır

    Avropa Məhkəməsi azərbaycanlıların Ermənistana ...

    22-01-2014, 13:17

  • 
  • 5 müxalifətçinin işi Avropa məhkəməsində

    5 müxalifətçinin işi Avropa məhkəməsində ...

    18-12-2017, 23:36

  • 
  • Azərbaycan öz namizədlərini verdi

    Azərbaycan öz namizədlərini verdi ...

    21-01-2016, 21:16

  • 
  • Avropa Məhkəməsi Ermənistan əleyhinə qərar çıxardı

    Avropa Məhkəməsi Ermənistan əleyhinə qərar çıxardı ...

    21-09-2018, 14:00

  • 
  • Laçın dəhlizində aksiya - səkkizinci gün

    Laçın dəhlizində aksiya - səkkizinci gün ...

    19-12-2022, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu