Ötən həftə sonu Şuşa yaxınlığında Laçın dəhlizində vəziyyət dəyişməz olaraq qalıb. Onlarla aksiya iştirakçısı yolu bağlamağa davam edir, mülki şəxslər və Rusiya sülhməramlıları hər iki tərəfə buraxılır.
Belə ki, şənbə və bazar günləri sülhməramlıların yük maşınları hər iki istiqamətdə problemsiz keçib. Bazar günü aksiyanın keçirildiyi Şuşa yaxınlığında buraxılış məntəqəsindən Rusiya sülhməramlılarından birinin ailəsi keçib.
Elan edilmiş zəmanətlərə baxmayaraq, erməni əhali hər iki istiqamətə keçməyə cəhd etməyib. Aksiya iştirakçıları hərbi yükləri və qızıl və molibden yataqlarından çıxarılan məhsulları buraxmayacaqlarını bildiriblər.
Aksiya iştirakçıları və sülhməramlılar arasında hər hansı insident baş verməyib. Bazar ertəsi onlar futbol üzrə Dünya Çempionatının final maçını birbaşa buraxılış məntəqəsində xüsusi olaraq quraşdırılmış böyük ekranda birlikdə izləyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?