Gundemxeber.az » Ölkə » Cəmiyyət » Güney Azərbaycandan durnalar Sibirə köç edir
İranın Qərbi Azərbaycan əyalətinin su-bataqlıq ərazilərində qışlayan durna, ördək və başqa köçəri quşlar Sibirə uçur.
Gundemxeber.az İran mediasına istinadla xəbər verir ki, bu barədə əyalətin Ətraf Mühit Departamentinin rəhbəri Ümid Yusifi açıqlama verib.
“Bu quşlar havanın istiliyinə dözə bilmədiklərindən, martın 20-dən başlayaraq, şimal enliklərinə köç etməyə başlayıbılar”, – Yusifi qeyd edib.
Onun sözlərinə görə, təhlükəsizliyinə və quşlar üçün əlverişli yaşayış şəraitinə görə Qərbi Azərbaycanın su-bataqlıq əraziləri bütün növ köçəri quşlar üçün çox gözəl istirahət yeridir.
Yusifi əlavə edib ki, hər il Qərbi Azərbaycan əyalətində 50 mindən çox yerli və köçəri quş qışlayır.
GUNDEMXEBER.AZ
30-01-2017, 21:51
22-06-2020, 10:45
3-10-2018, 14:01
14-01-2016, 17:37
10-02-2014, 12:40
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?