Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu Novruz Niftalıyev aprelin 2-də minaya düşərək həlak olub.
Gundemxeber.Az bildirir ki, məlumatı Müdafiə Nazirliyi təsdiq edib.
Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 287 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 50 nəfəri həlak olub. Həlak olanların 38 nəfəri mülki şəxslərdir.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?