GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İranlı diplomatların acınacaqlı durumu - siyasətdən və diplomatiyadan xəbərsiz XİN - ŞƏRH

İranlı diplomatların acınacaqlı durumu - siyasətdən və diplomatiyadan xəbərsiz XİN - ŞƏRH

Tarix: 4-04-2023, 15:19 Bölmə :Cəmiyyət Baxış: 172


İranın Xarici İşlər Nazirliyi Azərbaycana qarşı əsassız iddialarla çıxış edir. Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan mediasına qarşı məlum “etiraz notası” bunu bir daha təsdiqlədi.

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Azərbaycana qarşı çıxışları, nazirliyin sözçüsü Nasir Kənaninin hədyan dolu əsassız açıqlamaları bu ölkənin xarici siyasət kursunun böhranlı və çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. Əslində, bu, həm də Tehran rejiminin daxildə və xaricdə yürütdüyü yarıtmaz siyasətin nəticəsidir. Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin son illər verdiyi ziddiyyətli bəyanatlar da bunu təsdiqləyir.

İkinci Qarabağ müharibəsi dövründə Tehran rejimi, ona bağlı KİV-lər, dövlət qurumları Ermənistanı hərbi texniki təchizat, təbliğat, informasiya dəstəyi və diplomatik baxımdan dəstəkləyib, yardımlar edib.

Amma Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində İran rəhbərliyi buna əsaslı münasibət bildirməyib, Azərbaycan öz ərazilərini düşmən tapdağından təmizlədikdən sonra da ziddiyyətli açıqlamalar verib.

Eyni zamanda Rusiyanın Ukraynada apardığı müharibədə Tehran rejiminin Moskvanın mövqeyini müdafiə etməsi, Səudiyyə Ərəbistanına qarşı yürüdülən pozucu siyasət, son 6 ayda İranda keçirilən etiraz aksiyalarına yanaşması və başqalarını da İranın yarıtmaz daxili və xarici siyasətinə nümunə göstərmək olar.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zaman İran XİN-in qatilin keçirdiyi “mətbuat konfransında” verdiyi açıqlama ilə eyni mövqedən çıxış etməsi də İran diplomatiyasının düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.

Tehran rejimi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilmədiyini gizlətməkdə çətinlik çəkir. Bu isə onu regionda təhlükəsizliyi təhdid edən ünsürə çevirib.

Ona görə də İran səfirliyinin Azərbaycan mətbuatının fəaliyyəti ilə bağlı XİN-ə verdiyi nota əsassız və yersizdir. Rejimin təbliğat maşını 24 saat Azərbaycana qarşı şər-böhtan dolu çıxışlar yayır. Odur ki, “öz gözündə tiri” görməməyə adət etmiş Tehran təmsilçisinin Azərbaycan mediası ilə bağlı notası da məntiqsiz, reallıqdan uzaqdır.

İranda baş verən hadisələri Azərbaycan mediası qədər obyektiv işıqlandıran ikinci KİV yoxdur. Çünki bir çox amillərə görə İran Azərbaycan üçün başqalarından fərqli ölkədir. Odur ki, oradakı olayları təhrif etmək və ya qərəzli yanaşmaq Azərbaycan Respublikasının maraqlarına uyğun deyil. Bu baxımdan Azərbaycan mediasını İranla bağlı baş verən hadisələrin güzgüsü də saymaq olarİranın beynəlxalq məsələlər üzrə tanınmış mütəxəssisi Əli Begdeli yerli İLNA agentliyinə müsahibəsində ölkəsinin xarici siyasət kursunu tənqid edib: “Ağ evi Hüseyniyyəyə (İranda məscidləri belə də adlandırırlar-red.) çevirmək istəyən düşüncə, bizi qlobal məsələlərdən geri qoydu”.

Onun sözlərinə görə, ölkənin problemlərini həll etmək üçün ölkə hakimiyyəti dünyaya baxışını dəyişdirməlidir. Mütəxəssis bildirib ki, İrandakı mövcud yanaşma və siyasətlə Ağ evi Hüseyniyyəyə çevirmək istəyiblər: “Bu, bizi bir çox qlobal problemlərdən geridə qoyan emosional düşüncələrdən qaynaqlanır”.

Ə.Begdeli müxbirin “İran Xarici İşlər Nazirliyinin son bir ildə fəaliyyətini necə qiymətləndirirsiniz? Nazirlik hansı uğurları qazanıb?” sualına cavabında deyib: “Ötən il Xarici İşlər Nazirliyinin siyasəti çox uğurlu olmadı. Buna səbəb bəlkə də xarici siyasətimizin əvvəldən dəqiq formalaşmamasıdır. Yəni xarici siyasətimizdə konkret strategiyamız yoxdur. Bu xarici siyasətimizdə böyük qüsurdur. Başqa dövlətlər belə etmirlər. Hər hal üçün qərar qəbul etmirlər. Yəni qərar siyasi məntiq əsasında verilir. Onlar öz siyasətlərini buna əsaslanaraq davam etdirirlər”.Ə.Begdeli İranın körfəz ölkələrinə yönəli siyasətini tənqid edərək deyib: “Formalaşdırılmamış və proqnozlaşdırılmamış xarici siyasətin yoxluğu ziyanımıza olacaq”.

O, İran XİN-in xarici siyasətlə bağlı müstəqil qərar qəbul edən qurum olmadığını da vurğulayıb. Mütəxəssis dinə əsaslanan xarici siyasi kursu tənqid edib: “Bizim dövlət siyasətimiz dini maraqlara əsaslanaraq yürüdülür. Bu zaman dini maraqlarımız bərqərar olur. Biz milli maraqlarla dini birləşdirmək istəyirik”.

Onun sözlərinə görə, İran XİN-də təcrübəli kadrlar yoxdur: “Nazirliyin sxolastik seçimi çox zəif fəaliyyət göstərməsinə səbəb olub. Biz təcrübəli kadr seçməmişik. Bu bizə çox baha başa gəlir. Bir çox diplomatlarımız xarici dilləri lazımi səviyyədə bilmir. Bu da işi çətinləşdirir”.

Əli Begdeli əlavə edib ki, xarici işlər nazirindən tutmuş müavinlərinə qədər heç biri diplomatiya və siyasət sahələrində bacarıq, təcrübəyə malik deyillər. Mütəxəssis XİN kadrlarının savadsızlığı ilə yanaşı diplomatiyadan xəbərsizliyini də vurğulayıb. O, İran diplomatiya məktəbinin keyfiyyətinin aşağı olduğunu da nəzərə çatdırıb. Ekspert vurğulayıb ki, Ukraynadakı müharibəyə münasibət və bir sıra daxili məsələlər İranı təcrid edib.

Bütün bunlar Azərbaycan mediasına qarayaxan İran Xarici İşlər Nazirliyinin hansı vəziyyətdə olduğunu göstərmək üçün yetərlidir. Ümumiyyətlə, kütləvi informasiya vasitəsi ölkə cəmiyyətinin, dünyanın güzgüsüdür. Onu sındırmaq, onu ləkələməklə problem həll olunmur. Bəlkə, dünya dəyişir, siz də dəyişəsiniz...


Sədrəddin İsmayılov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Azərbaycana səfər ...

    7-08-2019, 16:01

  • 
  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Azərbaycana səfər ...

    6-08-2019, 13:13

  • 
  • “Şuşada namaz qılmaq arzum idi” - Xameneinin nümayəndəsi

    “Şuşada namaz qılmaq arzum idi” - Xameneinin ...

    21-07-2021, 11:49

  • 
  • İranın xarici işlər naziri bu gun Azərbaycana gəlir

    İranın xarici işlər naziri bu gun Azərbaycana ...

    22-12-2021, 10:38

  • 
  • "İran Cənubi Qafqaz siyasətində Ermənistana xüsusi yer verir" - MÖVQE

    "İran Cənubi Qafqaz siyasətində Ermənistana ...

    11-11-2022, 22:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu