“İran mediasında gedən bu sayaq yazılar Tehran rəsmilərinin 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı səsləndirdiyi bəyanatlara zidd olmaqla yanaşı, Ermənistanın maraqlarına xidmət edir”.
Bunu GundemXeber.Az-a çıqlamasında siyasi şərhçi Vüqar Zəfəroğlu İran mediasında gedən yazılarda Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Zəfər Günü münasibətilə Bakını təbrik etməsinə görə istefaya göndərilməsini tələb etmələrinə münasibət bildirərkən deyib:
“İran mətbuatı bu ölkənin Azərbaycandakı səfirini Zəfər bayramı münasibətilə Bakını təbrik etməsinə görə istefaya göndərməyi tələb edirsə, bu faktiki olaraq Tehranın son 30 ildə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərilə bağlı verdikləri bəyanatlarla üst-üstə düşmür. Çünki Zəfər bayramı Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi səbəbi və İranın da 30 ildə ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bəyanatlarla bildirməsilə bağlı olduğundan belə bir addım atmalı deyildilər. Bunu ediblərsə, deməli həmin addım Tehranın 30 ildə səsləndirdiyi həmin bəyanatlara tərs mütənasibdir. İran mətbuatının bu sayaq açıqlaması onların həm də Ermənistan marağından çıxış etdiyinin göstəricisidir. İran Cənubi Qafqaz siyasətində Ermənistana xüsusi yer verir”.
Sorğu
Yeni dizaynımız necədir?