GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zelenskini susduran sual və Kral sarayının önündə ümid gecəsi - Polşa prezidenti müharibədən bir neçə saat qabaq ukraynalı həmkarına nə deyibmiş?

Zelenskini susduran sual və Kral sarayının önündə ümid gecəsi - Polşa prezidenti müharibədən bir neçə saat qabaq ukraynalı həmkarına nə deyibmiş?

Tarix: 8-04-2023, 22:23 Bölmə :Cəmiyyət Baxış: 188


Rusiyanın böyük miqyaslı təcavüzü başlayandan Volodimir Zelenski dəfələrlə Polşada olmuşdu, amma bunlar adətən başqa ölkələrə – ABŞ, Böyük Britaniya, Fransa və Belçika – səfərlər zamanı tranzit dayanacaqlar idi. İndiki səfər isə tamamilə rəsmidir, bütün ehtiramla və protokol qaydalarına büsbütün əməl etməklə.

Elə görünə bilər ki, səfər tam uzlaşma və qarşılıqlı anlaşma şəraitində keçib. Çoxlu təşəkkürlər, komplimentlər və qucaqlaşmalar oldu. Ən çox səslənən sözlər isə “həmrəylik”, “yardım” və “azadlıq” idi.
Zelenski bütün görüşlərdə Ukraynaya silah lazım olduğunu daim vurğuladı. Deyəsən, konkret nəticələr də əldə olunub. Tərəflər Ukraynanın Polşa hərbi texnikasını – məsələn, Rosomak PDM, Rak özüyeriyən minaatan qurğular və Piorun daşınan zenit-raket kompleksləri üçün raketlər – alması barədə şərtləşiblər.
Haqqında publik danışılmasa da, yəqin ki, Ukrayna tərəfi müasir qırıcıların verilməsi haqqında da məsələ qaldırıb.
Ukrayna rusiyalılarla köhnə, öz imkanlarının sonunda olan təyyarələrlə savaşır. Hərbçilər köhnəlmiş sovet MiQ-lərinin cəbhədəki vəziyyətə təsir etməyəcəyini dəfələrlə deyiblər. Yeni F-16-lar isə hava qüvvələrinə aviasiyanı gücləndirmək və funksionallığıını genişləndirmək imkanı verərdi.
Ukraynalı jurnalistlər mətbuat konfransında Dudaya USQ-yə köhnə və yeni qırıcılar verilməsi planı barədə sual verdilər, amma Polşa prezidenti yalnız MiQ-lər haqqında danışmağa üstünlük verdi. O, Ukraynaya daha dörd təyyarə veriləcəyini və cəmi səkkiz olacağını anons etdi. F-16-lar verilməsi perspektivi ilə bağlı sualı qulaqardına vurdu.
Axşam isə F-16-lar Ukrayna prezidentinin çıxışında xatırlandı. Zelenski Dudanın iştirakı ilə Kral sarayının önündə toplaşanlar qarşısında etdiyi çıxışda bu məsələni bir daha qaldırdı.
“Döyüş artilleriya tələb edəndə onu vermək lazımdır. Qələbə tanklar tələb edəndə, onun gurultusu ön cəbhədə eşidilməlidir. Müstəqillik tələb edəndə Rusiyanın bizdəki təyyarələrə hansı reaksiya verəcəyinə əhəmiyyət verməmək lazımdır. F hərfinin yanında hansı ədədin – 16, yoxsa başqasının – təhlükəsiz görünəcəyi haqda fal açmaq lazım deyil. Sizin liderliyinizin özünü göstərdiyi tank koalisiyasındakı kimi davranmaq lazımdır. İnanıram ki, bu, aviasiya koalisiyasında da özünü göstərəcək”.
Kral sarayının önündə çıxış bir saat gec başladı. Ukrayna və Polşa bayraqları tutan insanlar soyuq havaya baxmayaraq, israrla iki prezidenti gözlədilər. Zelenski və Duda xanımları ilə birlikdə eyni vaxtda səhnəyə çıxdılar. Ev sahibi hüququ ilə birinci Polşa prezidenti söz aldı və emosional xatirələrdən başladı.
“Bir il əvvəl fevralın 23-də, Rusiya təcavüzündən bir neçə saat əvvəl mən Ukraynanı dəstəkləmək məqsədilə gözəl və məğrur Kiyevdə idim. Dostum, prezident Zelenski ilə uzun müddət söhbət etdik. Həmin vaxt vəziyyət olduqca dramatik idi. Artıq bilirdik ki, bir neçə saatdan sonra rusiyalılar hücum edəcəklər və böyük miqyaslı müharibə başlayacaq. Volodimir, biz vidalaşarkən mənə dediyin sözlər yaddaşımın ənginliklərinə hopdu: “Ancey, biz daha heç vaxt görüşməyə bilərik”. Mən də cavab verdim: “Volodimir, biz hələ çox görüşəcəyik. Siz həmişə Polşaya güvənə bilərsiniz. Tanrı amanında qalın””.
Dudanın nitqi o qədər emosional idi ki, kütlə dəfələrlə alqışlarla kəsdi. O, Taras Şevçenkonun Polşa və Ukraynanın birgə gələcəyi barədə dediyi və Varşavadakı heykəlində həkk olunan sözlərini sitat gətirdi, polyakların ukraynalılar üçün “açıq qəlbləri”ndən və iki xalqın arasına daha nifaq salmamalı olan mürəkkəb tarixdən danışdı.
Tarixi məsələlər iki ölkə münasibətlərində tez-tez əngəl yaradıb. Amma açıq Rusiya təcavüzü başlayandan həmin mövzular ikinci plana çəkilib və daha siyasətçilərin dilindən səslənmir. Uzun illərin diskussiya və mübahisələrindən sonra hər iki ölkə barışıqdan danışır.
“Üzücü keçmişdən qurtulmağın vaxtı çatıb, qoy verilən və alınan əfvlər hər bir ürəyə şəfaverici məlhəm kimi yayılsın”, – Duda hər iki xalqa müraciət edib.
O, Varşavadakı kütlə qarşısında nəinki bundan sonra da Ukraynaya dəstək vəd etdi, həm də Rusiya ilə hər hansı danışıqların mümkünsüz olması barədə Ukrayna prezidentinin ritorikasını bölüşdü.
“Əgər dünyada kimsə mənimlə belə söhbətə başlayırsa, cavab verirəm: “Sən Buçada olmusan? Sən Borodyankada olmusan? Sən İrpendə olmusan? Olmamısan? O zaman get və yaxınları öldürülən, işgəncə görən, zorlanan adamlara de ki, o qurbanlar əhəmiyyətsizdir və hər şey əvvəlki kimi olmalıdır”. Duda özü həmin ərazilərdə Kiyev vilayəti azad olunandan dərhal sonra, 2022-ci ilin aprelində olub.
Hər iki nitq zamanı, elə bütün səfər boyu olduğu kimi, prezidentlər bir-birlərinin ünvanına komplimentlərdə xəsislik etmədilər.
Zelenskinin postsovet ölkələrinin taleyinin, onun fikrincə, Ukraynadakı müharibənin necə qurtaracağından asılı olması barədə fikirləri ən gurultulu alqışları qopardı: “Biz azad olanda hamı güclü olur. Biz azad olanda azadlığın Moldovada da duruş gətirəcəyinə, Gürcüstandan yan keçməyəcəyinə və Belarusa da mütləq gələcəyinə təminat yaranır”.
Coşqun nitqlər Varşavadakı Qəsr meydanında quraşdırılan böyük ekranlarda translyasiya olunurdu. Orada yüzlərlə adam toplaşmışdı – həm polyaklar, həm ukraynalılar. Öz nitqlərindən sonra Zelenski və Duda effektlə kütlənin arasından keçdilər.
Həmin axşam Qəsr meydanında ukraynaca danışanlar çox idi – qaçqınlar öz prezidentlərini dinləməyə gəlmişdilər. Polşa tərəfinin son hesablamalarına görə, ölkənin müxtəlif şəhərlərində milyona yaxın ukraynalı qaçqın var. Onlar polyakların malik olduqları hüquqlar və sosial ödənişlərlə təmin olunublar, bağçalar və məktəblər uşaqların üzünə açılıb, inteqrasiya və adaptasiya üzrə onlarla mərkəz fəaliyyət göstərir, onlara indiyə qədər humanitar yardım göstərilir, iş tapmaq üçün kömək edilir.
Qəsr meydanında ukraynalılar müharibənin nə vaxt bitəcəyinə, heç olmasa, eyham eşitmək ümidilə Zelenskini dinləyirdilər.
Bir neçə saat əvvəl isə iki prezidentin mətbuat konfransında polşalı jurnalist uca səslə Zelenskiyə ingilis dilində sual verdi: “Necə düşünürsünüz, müharibə nə qədər davam edəcək?”
Zelenski ona tərəf baxdı, sanki cavab verəcəkdi. Amma qısa pauzadan sonra çevrilərək, Ukrayna nümayəndə heyətinə tərəf getdi. Elə bil, demək istəyirdi ki, bu müharibənin nə vaxt bitəcəyini heç kim dəqiq bilmir. Heç onun özü də…

Hazırladı: Yadigar Sadıqlı //pressklub.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zelenski "geniş danışıqlar" üçün Polşaya səfər edib

    Zelenski "geniş danışıqlar" üçün ...

    5-04-2023, 21:41

  • 
  • Zelenski AB liderləri ilə danışıqlar üçün Brüsselə səfər edib

    Zelenski AB liderləri ilə danışıqlar üçün ...

    9-02-2023, 17:58

  • 
  • Tramp: ABŞ Polşada hərbi mövcudluğunu gücləndirir

    Tramp: ABŞ Polşada hərbi mövcudluğunu gücləndirir ...

    13-06-2019, 16:15

  • 
  • Baydenin dövlət katibliyinə namizədi: “Türkiyənin S-400 zenit raket kompleksləri alması qəbuledilməzdir”

    Baydenin dövlət katibliyinə namizədi: “Türkiyənin ...

    20-01-2021, 10:30

  • 
  • Polşa prezidenti Ali Radaya: Ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsusdur

    Polşa prezidenti Ali Radaya: Ölkənin gələcəyini ...

    23-05-2022, 15:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu