Prezident Zelenski Polşada ukraynalı qaçqınlarla görüşəcək.
Ukrayna prezidenti Vladimir Zelenski Polşanın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparmaq və Polşadakı ukraynalı qaçqınlarla görüşmək üçün çərşənbə günü Varşavaya səfər edib.
O, polşalı həmkarı Anjey Dudaya deyib ki, Polşa ilə Ukrayna arasında sərhədlərin açılmasını istəyir.
“Siyasi, iqtisadi və xüsusilə də tarixi baxımdan heç bir sərhəd yoxdur”, - Zelenski vurğulayıb.
Duda bildirib ki, Polşa iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində Ukrayna üçün əlavə təhlükəsizlik zəmanətləri almağa çalışacaq.
O, həmçinin Polşa-Ukrayna münasibətlərinin dərinləşməsinə görə Zelenskini Polşanın ən yüksək mükafatı olan Ağ Qartal ordeni ilə təltif edib.
Zelenski baş nazir Mateuş Moravetski ilə də görüşəcək.
Polşa prezidentinin xarici işlər üzrə müşaviri Marcin Przydacz Zelenskinin gəlişi öncəsi deyib: “Təkcə təhlükəsizlik vəziyyəti ilə bağlı deyil, həm də iqtisadi və siyasi dəstək haqqında geniş danışıqlar aparılacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?