GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DSMF universitetdən yarım milyona ofis icarəyə götürür - İLGİNC

DSMF universitetdən yarım milyona ofis icarəyə götürür - İLGİNC

Tarix: 18-04-2023, 16:26 Bölmə :Cəmiyyət Baxış: 204

DSMF universitetdən yarım milyona ofis icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu”nun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.


GUNDEMXEBER.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN – 1500008331) olub. DOST Bakı Avrasiya Universitetinə məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 472 min 590 manat (ayda 52 min 510 manat) ödəyəcək.
Məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Universiteti 21.05.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 422 000 manat olan Universitetinin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev, ev 135A-da yerləşir. Bakı Avrasiya Universitetinin qanuni təmsilçisi (rektor) Hüseynli Nazim Ziyad oğludur.
Onu da bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci ildə təsis olunan Ali Diplamatiya Kollecinin bazası əsasında yaradılıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.
Aşağıdakı siyahıda icarəyə götürülən ofis sahələrinin bəziləri yer alıb:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Səfərova Sahibə Paşa qızı olub. DOST Sahibə Səfərovaya məxsus qeyri yaşayış sahəsini 17 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik (ayda 57 min 58 manat) ödəyəcək.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 426 min 855 manat (ayda 35 min 571 manat) ödəyəcək.

- Bu ilin yanvar ayında Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti F. Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq F. Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.

- Ötən ilin noyabr ayının son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amilə məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq A. Bayramova 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.

- Noyabr ayının əvvəlində isə DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaza məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.

- Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.

- Ötən ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi "Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, "Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

- Ötən ilin may ayında Nazirliyin tabeliyində olan DOST İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.

- Bunlardan başqa ötən ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi məqsədilə "Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.

- Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.

- Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.

- DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.

- DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və "Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.

- DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MİDA-dan daha bir şübhəli tender... - Başqası yox idimi?..

    MİDA-dan daha bir şübhəli tender... - Başqası yox ...

    1-09-2020, 15:06

  • 
  • Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqviləyə oğlu imza atır...

    Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ ...

    18-08-2021, 13:50

  • 
  • Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...

    Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn ...

    23-11-2020, 11:01

  • 
  • Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT

    Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət ...

    14-06-2021, 16:50

  • 
  • Gömrük Komitəsində tenderin qalibi iş başa çatandan sonra açıqlanır - FOTOFAKT

    Gömrük Komitəsində tenderin qalibi iş başa ...

    8-09-2020, 20:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu