Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vasif Talıbovun deputat mandatı ləğv edilə bilər - "Açıqlama verilməlidir"
Naxçıvan Ali Məclisinin sabiq sədri, Milli Məclisin deputatı Vasif Talıbovun parlamentin plenar iclaslarına qatılmaması müzakirə yaradıb. Bildirilir ki, deputat plenar iclaslara qatılmırsa, üzrlü səbəbi olmalıdır, Vasif Talıbov isə heç əvvəllər də iclaslara qatılmayıb. Eyni zamanda bununla bağlı tədbir görmədiyi üçün Milli Məclisin İntizam Komissiyasının üzvləri tənqid edilir.
GUNDEMXEBER.AZ bildirir ki, məsələnin hüquqi tərəflərini Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov izah edib.
O bildirib ki, qanunvericiliyə görə, deputat üzrsüz səbəbdən plenar iclaslara gəlmirsə, ona qarşı İntizam Komissiyası tərəfindən tədbir görülür: “O cümlədən həmin deputat parlamentin tərkibindən xaric oluna bilər. İstisna deyil ki, bəlkə, deputatın üzrlü səbəbi var? Məsələn, xəstəlik. Amma hər halda bu barədə məlumat verilməlidir ki, filan deputat iclaslarda hansı səbəbdən iştirak etmir. Açıqlama verilməlidir. Qanunla belədir”.
GUNDEMXEBER.AZ
31-03-2023, 16:04
13-03-2020, 17:33
16-11-2017, 15:10
1-12-2015, 13:31
9-07-2021, 12:17
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?