“Unibank”-dan güzəştli ipoteka üçün müraciət edən vətəndaşa olduqca məntiqsiz səbəbdən imtina edilib.
GUNDEMXEBER.AZ yazır ki, bu barədə vətəndaş Orxan Həsənov sosial şəbəkədə özü məlumat paylaşıb. O bildirib ki, nə vaxtsa keçmiş həyat yoldaşına bankdan imtina gəlməsi səbəbindən ona da ipoteka verməkdən imtina ediblər: “Azərbaycan zabitinə güzəştli ipotekanı min bir fırıldaqla imtina etmək nə deməkdir, görəcəklər! Alçaqlar! Mənə güzəştli ipotekaya imtina verdikləri səbəbə baxın: “Sizin keçmiş həyat yoldaşınız nə vaxtsa istehlak kreditinə müraciət edib və imtina alıb”. Deyirəm, ay qardaş, bunun mətləbə nə dəxli var? Deyir, bizim bankda belədir. Mən də onlara göstərəcəm bizim dövlətdə necədir! Sahibsiz ölkə deyil bura! Hər kəs öz vəzifə borcunu yerinə yetirməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?