Azərbaycan blogger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı sorğuyla yalnız Belarusa yox, həm də Ukraynaya müraciət edibmiş
Bu barədə Regnum məlumat yayıb. Agentliyin məlumatına görə, Azərbaycanın Baş Prokurorluğu, blogger Aleksandr Lapşinin, ölkənin ərazi bütövlüyünün pozulmasına ictimai çağırışlar etdiyinə və sərhədi keçmək üçün lazımlı sənədlərinin olmadığına görə, Azərbaycana verilməsi xahişi ilə Ukraynaya müraciət edib, amma Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovdan imtina cavabı alıb. Bundan sonra Azərbaycan Belarusa müraciət edib.
Xatırladaq ki, Lapşin, İsrail və Rusiya ilə yanaşı, Ukrayna pasportuna da malikdir. O, Azərbaycana məhz Ukrayna pasportu ilə daxil olmuşdu, baxmayaraq ki, onun adı artıq bizim ölkəmizin Xarici İşlər Nazirliyinin “qara siyahı”sında idi. Lapşin onda Ukrayna pasportunda adının “Oleksandr” kimi yazılmasından istifadə etmişdi. Aleksandr Lapşin dekabrın 15-də Minskdə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırışlar etdiyinə görə təqsirləndirilən şəxs qismində saxlanılıb və beynəlxalq və dövlətlərarası axtarışda olduğu üçün fevralın 7-də Bakıya ekstradisiya olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?