Gundemxeber.az » Ölkə » Cəmiyyət » Abid Şərifovun şirkətinə qarşı İDDİA - TƏFƏRRÜAT
“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon" ASC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
GUNDEMXEBER.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
Xatırladaq ki, “Evrascon” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.
Şirkət 30.04.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Hüquqi ünvanı Az1006 Bakı şəh, Yasamal ray. Qurban Xəlilov, ev 8-də yerləşir.
GUNDEMXEBER.AZ
3-07-2019, 11:10
25-09-2019, 17:16
20-07-2019, 15:50
5-09-2019, 12:22
30-12-2015, 17:19
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?