Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı seçkilərdə səs verə biləcək
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri zamanı Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı səs verə biləcək.
Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanda üç seçki məntəqəsində Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik 11 036 vətəndaş səs verə biləcək.
Xatırladaq ki, bir müddət əvvəl YSK 75 ölkədə 156 nümayəndəlikdə vətəndaşların səs verə biləcəyi və builki seçkilərdə 15 yeni ölkədə seçki qutularının qurulması qərarını qəbul edib.
Gundemxeber.az
1-11-2015, 20:24
9-10-2013, 00:35
1-11-2015, 13:11
24-12-2019, 10:36
26-09-2016, 12:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?