Gundemxeber az bildirir ki, qaynarinfo-ya bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.
Verilən məlumata görə, bu istiqamətdə işlər aparılır. Qeyd olunub ki, buna səbəb sudan sui-istifadənin qarşısını almaqdır.
Lakin qiymətin nə qədər artmaq ehtimalı olduğu barədə məlumat yoxdur.
Qeyd edək ki, hazırda bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpikdir. Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Tarif Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.
Həmçinin dünyada və Azərbaycanda içməli su qıtlığı var. Son dövrlər Bakı, Xırdalan və Sumqayıt ərazilərində içməli suyun verilməsi fasilələrlə təmin olunur. Hətta bir neçə gün əvvəl "Azərsu" ASC-nin suyun qiymətini qaldırmaqla bağlı Tarif Şurasına təkliflər hazırladığı deyilirdi. İddia olunurdu ki, suyun qiymətinin 2 manatadık qaldırılacağı gözlənilir. Lakin "Azərsu” ASC-nin mətbuat katibi Anar Cabrayıllı iddiaları təkzib etmiş və belə bir məsələnin gündəmdə olmadığını demişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?