GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Atası öldürülən modelyer: - "Önəmli şəxslərin qəbulunda oldum, hər şeyi danışdım..."

Atası öldürülən modelyer: - "Önəmli şəxslərin qəbulunda oldum, hər şeyi danışdım..."

Tarix: 28-04-2023, 19:49 Bölmə :Cəmiyyət Baxış: 219

Atası öldürülən modelyer:

Tanınmış modelyer Elnarə Bəkirova atası Kamran Bəkirovun qətli ilə bağlı cinayət işinin istintaqından danışıb.

gundemxeber.az bildirir ki, Elnarə Bəkirova Teleqraf.com-a açıqlamasında artıq istintaqa Sabunçu Rayon Prokurorluğu tərəfindən ciddi yanaşıldığını deyib:
“Sabunçu Rayon Prokurorluğundan da zəng etdilər, inanıram ki, istintaqa tam şəffaf və obyektiv yanaşacaqlar. İş tam nəzarətə alınıb, bu, bizim üçün xoş bir xəbərdir. Sabunçu Rayon Prokurorluğundan sosial şəbəkədə paylaşım etdikdən sonra gözlədiyim müsbət reaksiyanı aldım.
Bütün dəlil-sübutlar var, bu cinayətdə iştirak edən hər kəs məsuliyyətə cəlb olunacaq. Məsələyə tam obyektiv baxılacağına söz verilib. Atam mənim uşaqlarıma da atalıq edib. Nəinki atamı, qardaşımı, dostumu, hətta sirdaşımı itirmiş kimiyəm. İnanıram ki, günahkarlar qanun qarşısında lazımi cəzalarnı alacaqlar. Nə qədər ki, damarımda qan axır, bu işi buraxmayacam. Heç kimdən də qorxum yoxdur. Mən prezidentimə, dövlətimə, dövlətimin qanunlarına inanıram. Bu qədər rahat çıxışlarımın səbəbi bu idi.

Ölkədə insan oğurluğu olub, illərdir belə bir hadisə baş verməmişdi. İnsan oğurluğu, quldurluq, mütəşəkkil cinayətkarlıq, amansızcasına öldürülmə, tamahkarlıq var. Bunların hamısına görə hadisəni törədənlər cavab verəcəklər. Axıra qədər mübarizə aparacam”.
“Atanızı öldürən şəxslərin bir millət vəkilinin qohumu olduğunu iddia etmişdiniz. Həmin millət vəkilinin adını açıqlamadınız. Bunun səbəbi nədir” sualına Elnarə Bəkirova belə cavab verib:
“Millət vəkilinin adını açıqlamadım, onun haqqında lazım olan məlumatı dövlət orqanlarına bildirmişik. Çünki bu, ciddi iddiadır. Ona görə də bu məsələnin dövlət qurumları tərəfindən düzgün araşdırıldıqdan sonra açıqlaması veriləcək. İstəmərəm ki, tam əmin olmadan ad çəkim. Lazım olan adı demişəm. Əlimizdəki sübutların hamısı istintaqa təqdim olundu. Artıq böyük bir araşdırma başlayıb. Önəmli şəxslər məni qəbuluna dəvət etdilər, orada hər şeyi danışdım”.
Qeyd edək ki, Elnarə Bəkirova bir müddət əvvəl İnstaqramda video paylaşaraq cinayət işinin istintaqından narazı olduğunu bildirmişdi.
Xatırladaq ki, Kamran Bəkirov üzərində olan 300 min manatla itkin düşüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
İlkin arıbaşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda dəhşətli cinayət: oğul atasını qətlə yetirdi

    Bakıda dəhşətli cinayət: oğul atasını qətlə ...

    15-02-2021, 11:27

  • 
  • Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu

    Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu ...

    7-12-2020, 13:17

  • 
  • Tanınmış modelyer vəfat etdi

    Tanınmış modelyer vəfat etdi ...

    20-06-2017, 11:45

  • 
  • Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

    Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı ...

    12-12-2013, 12:25

  • 
  • Tanınmış modelyer həbs edildi

    Tanınmış modelyer həbs edildi ...

    3-01-2017, 15:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu