Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edib.
Bu yaxınlarda K.Fendi ağciyərindən ciddi xəstəlik keçirib. Amma bir neçə gün əvvəl o, xəstəxanadan evə buraxılıb və Romadakı qərargahına - məşhur Palatso Ruspoliyə qayıdıb.
Karla Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli "Fendi" qrupunu idarə edib.
"Fendi" - geyim, dəri və xəz dəri malları, aksesuarlar və ətriyyat istehsalı üzrə ixtisaslaşan İtaliya moda evidir. Hazırda "Fendi"nin 25 ölkədə 160-dan çox mağazası fəaliyyət göstərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?